https://sputnik.az/20230330/susa-seheri-dovlet-qorugu-daresine-yeni-selahiyyet-verilib-453220669.html
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib
Sputnik Azərbaycan
Şuşa şəhərinin ərazisində tikinti işləri aparılarkən mədəni irs obyektləri aşkar edildikdə, aparılan iş dərhal dayandırılacaq. 30.03.2023, Sputnik Azərbaycan
2023-03-30T16:54+0400
2023-03-30T16:54+0400
2023-03-30T16:55+0400
şuşa
qarabağ
qoruq
səlahiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427385311_0:0:3169:1784_1920x0_80_0_0_b660ddabab2c91e2eabdfe764d68cd20.jpg
BAKI, 30 mart — Sputnik. Prezident İlham Əliyev "Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" 29 iyun 2012-ci il tarixli qanununun tətbiqi barədə" 4 sentyabr 2012-ci il tarixli və "Tikinti işlərinin dayandırılması Qaydası"nın təsdiq edilməsi haqqında" 22 may 2015-ci il tarixli nömrəli fərmanlarında dəyişiklik edib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Şuşa şəhərinin ərazisində tikinti işləri aparılarkən mədəni irs obyektləri aşkar edildikdə, aparılan iş dərhal dayandırılır və bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə məlumat verilir. Bu halda tikinti işlərinin davam etdirilməsi barədə qərarı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qəbul edir. Xatırladaq ki, ötən ilin iyun ayının 22-də Prezident İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxs yaradılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427385311_197:0:2928:2048_1920x0_80_0_0_de06014947b7bed3d7b1324f4d05ff6c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa, qoruq, səlahiyyət
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib
16:54 30.03.2023 (Yenilənib: 16:55 30.03.2023) Şuşa şəhərinin ərazisində tikinti işləri aparılarkən mədəni irs obyektləri aşkar edildikdə, aparılan iş dərhal dayandırılacaq.
BAKI, 30 mart — Sputnik. Prezident İlham Əliyev "Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" 29 iyun 2012-ci il tarixli qanununun tətbiqi barədə" 4 sentyabr 2012-ci il tarixli və "Tikinti işlərinin dayandırılması Qaydası"nın təsdiq edilməsi haqqında" 22 may 2015-ci il tarixli nömrəli fərmanlarında dəyişiklik edib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Şuşa şəhərinin ərazisində tikinti işləri aparılarkən mədəni irs obyektləri aşkar edildikdə, aparılan iş dərhal dayandırılır və bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə məlumat verilir.
Bu halda tikinti işlərinin davam etdirilməsi barədə qərarı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qəbul edir. Xatırladaq ki, ötən ilin iyun ayının 22-də Prezident İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxs yaradılıb.