https://sputnik.az/20230330/patrusev-abs-in-ukraynaya-herbi-yardimina-baxmayaraq-rusiya-xhe-nin-meqsedlerine-catacaq-453148315.html
Patruşev: ABŞ-ın Ukraynaya hərbi yardımına baxmayaraq Rusiya XHƏ-nin məqsədlərinə çatacaq
Patruşev: ABŞ-ın Ukraynaya hərbi yardımına baxmayaraq Rusiya XHƏ-nin məqsədlərinə çatacaq
Sputnik Azərbaycan
General Rusiyanın Ukraynanın demilitarizasiyasına və denasifikasiyasına nail olacağına və onun ərazi bütövlüyünü təmin edəcəyinə söz verib. 30.03.2023, Sputnik Azərbaycan
2023-03-30T10:45+0400
2023-03-30T10:45+0400
2023-03-30T11:05+0400
nikolay patruşev
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446896164_0:0:2939:1654_1920x0_80_0_0_8a11dc5097b4f92a79c980aae2f1b36d.jpg
BAKI, 30 mart — Sputnik. Vaşinqtonun Kiyevə hərbi yardım göstərməsinə baxmayaraq, Rusiya xüsusi hərbi əməliyyatın (XHƏ) bütün bəyan edilmiş məqsədlərini yerinə yetirəcək. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Şanxay Əməkdaşlıq Təşkilatındakı (ŞƏT) həmkarları ilə görüşündə deyib. "ABŞ və digər Qərb dövlətləri tərəfindən Ukraynaya hərbi yardımın artmasına baxmayaraq, xüsusi hərbi əməliyyatın elan edilmiş bütün məqsədlərinə mütləq nail olunacaq. Biz Ukraynanın demilitarizasiyasına və denasifikasiyasına nail olacağıq, Rusiyanın ərazi bütövlüyünü və əhalimizin təhlükəsizliyini təmin edəcəyik", - deyə Patruşev bildirib. Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, ŞƏT-ə üzv olan ölkələr Qərb dövlətlərinin destruktiv hərəkətlərinin konkret təzahürlərindən, məsələn, onların digər dövlətlərin daxili işlərinə müdaxiləsindən, birtərəfli sanksiyaların və məhdudlaşdırıcı tədbirlərin tətbiqindən xəbərdardırlar. General əlavə edib ki, ABŞ-ın dünya hegemonluğuna can atmasının bariz nümunəsi Ukraynada onların təhrik etdiyi münaqişədə 50-yə yaxın ölkənin Kiyevin tərəfində iştirak etməsidir. "KP.RU" saytı yazıb ki, Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciəti zamanı Rusiyanın XHƏ-nin məqsədinin nasist təhlükəsini aradan qaldırmaq olduğunu bildirib. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446896164_0:0:2731:2048_1920x0_80_0_0_08c5203c2d9c024c060b7461ec809f7e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikolay patruşev, xüsusi hərbi əməliyyat, rusiya
nikolay patruşev, xüsusi hərbi əməliyyat, rusiya
Patruşev: ABŞ-ın Ukraynaya hərbi yardımına baxmayaraq Rusiya XHƏ-nin məqsədlərinə çatacaq
10:45 30.03.2023 (Yenilənib: 11:05 30.03.2023) General Rusiyanın Ukraynanın demilitarizasiyasına və denasifikasiyasına nail olacağına və onun ərazi bütövlüyünü təmin edəcəyinə söz verib.
BAKI, 30 mart — Sputnik. Vaşinqtonun Kiyevə hərbi yardım göstərməsinə baxmayaraq, Rusiya xüsusi hərbi əməliyyatın (XHƏ) bütün bəyan edilmiş məqsədlərini yerinə yetirəcək.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Şanxay Əməkdaşlıq Təşkilatındakı (ŞƏT) həmkarları ilə görüşündə deyib.
"ABŞ və digər Qərb dövlətləri tərəfindən Ukraynaya hərbi yardımın artmasına baxmayaraq, xüsusi hərbi əməliyyatın elan edilmiş bütün məqsədlərinə mütləq nail olunacaq. Biz Ukraynanın demilitarizasiyasına və denasifikasiyasına nail olacağıq, Rusiyanın ərazi bütövlüyünü və əhalimizin təhlükəsizliyini təmin edəcəyik", - deyə Patruşev bildirib.
Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, ŞƏT-ə üzv olan ölkələr Qərb dövlətlərinin destruktiv hərəkətlərinin konkret təzahürlərindən, məsələn, onların digər dövlətlərin daxili işlərinə müdaxiləsindən, birtərəfli sanksiyaların və məhdudlaşdırıcı tədbirlərin tətbiqindən xəbərdardırlar. General əlavə edib ki, ABŞ-ın dünya hegemonluğuna can atmasının bariz nümunəsi Ukraynada onların təhrik etdiyi münaqişədə 50-yə yaxın ölkənin Kiyevin tərəfində iştirak etməsidir.
"KP.RU" saytı yazıb ki, Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciəti zamanı Rusiyanın XHƏ-nin məqsədinin nasist təhlükəsini aradan qaldırmaq olduğunu bildirib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.