Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Putinin Türkiyəyə səfəri məsələsinə aydınlıq gətirdi

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidDmitri Peskov
Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 30.03.2023
Abunə olmaq
Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, bu və ya digər şəkildə Rusiya tərəfi təbdbirdə adekvat şəkildə təmsil olunacaq.
BAKI, 30 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin "Akkuyu" AES-in açılışı ilə bağlı Türkiyəyə səfəri və ya videokonfrans formatında tədbirdə iştirakı ilə bağlı dəqiq qərar verilməyib, lakin Rusiya mərasimdə layiqincə təmsil olunacaq. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin aprelin 27-də ölkəyə səfərinin mümkünlüyünü açıqlayıb. Ərdoğan daha əvvəl demişdi ki, aprelin 27-də Mersindəki "Akkuyu" Atom Elektrik Stansiyasına yanacaq yükləmək planlaşdırılır.
"Hələlik dəqiq qərarlar qəbul edilməyib. Təkcə onu demək olar ki, bu və ya digər şəkildə Rusiya tərəfi adekvat şəkildə təmsil olunacaq və mərasimdə iştirak edəcək", – Peskov Putinin Türkiyəyə səfəri ilə bağlı suala cavabında deyib.
O əlavə edib ki, bu, Rusiya ilə Türkiyə arasında münasibətlər və ümumilikdə Türkiyədə energetika sahəsinin inkişafı üçün çox mühüm layihədir.
"Bu, ölkənin inkişafında çox mühüm mərhələdir", - Peskov bildirib.
Nüvə yanacağının Türkiyədə "Akkuyu" AES-in tikinti sahəsinə çatdırılması və ərazidəki təzə nüvə yanacağı anbarına yerləşdirilməsi planlaşdırılır, yanacağın çatdırıldığı andan "Akkuyu" AES nüvə obyektinə və Türkiyə nüvə enerjisi olan bir ölkəyə çevriləcək.
Rusiyanın iştirakı ilə tikilən "Akkuyu" AES Türkiyənin ilk atom elektrik stansiyasıdır. Rusiyanın qabaqcıl VVER-1200 reaktorları ilə təchiz olunacaq dörd blokun hamısının istismara verilməsindən sonra stansiyanın ildə təxminən 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi və Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ə qədərini ödəyəcəyi planlaşdırılır. Bundan əlavə, bu, qlobal nüvə sənayesində "tik-sahiblən-işlət" modeli ilə həyata keçirilən ilk layihədir. Onun dəyəri təxminən 20 milyard dollardır. "Akkuyu" nüvə sənayesində bütün müasir beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir.
"Akkuyu" AES-in birinci enerji blokunun tikintisi 2018-ci ilin aprelində, ikincisi 2020-ci ilin aprelində, üçüncüsü 2021-ci ilin martında, dördüncüsü isə 2022-ci ilin iyulunda başlayıb.
Xəbər lenti
0