Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kiyevə silah tədarükü Qərbə döyüş meydanında dönüş nöqtəsi gətirməyəcək - Yuliya Jdanova

© AP Photo / LibkosUkrayna
Ukrayna - Sputnik Azərbaycan, 1920, 30.03.2023
Abunə olmaq
Rusiya nümayəndə heyətinin üzvü bildirib ki, transatlantik elitalar öz hərəkətləri ilə Ukrayna münaqişəsinin Avropaya ötürülməsi riskini, nüvə güclərinin iştirakı ilə birbaşa toqquşmaya keçidə qədər artırdıqlarını dərk etməyə bilməz.
BAKI, 30 mart — Sputnik. Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin üzvü Yuliya Jdanova bildirib ki, Kiyevə növbəti silah tədarükü Qərbə döyüş meydanında dönüş nöqtəsi gətirməyəcək, lakin münaqişənin uzanmasına zəmanət verilir.
"Kiyevə növbəti silah və sursatların çatdırılması Qərb paytaxtlarına döyüş meydanında arzu olunan irəliləyişi gətirməyəcək, lakin onlar silahlı münaqişəni uzatmağa, Avropa iqtisadiyyatlarını tükəndirməyə və NATO-ya üzv ölkələrin müdafiə qabiliyyətinə daha da ciddi ziyan vurmağa zəmanət verirlər", - Jdanova çərşənbə günü ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun 1041-ci plenar iclasında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, transatlantik elitalar öz hərəkətləri ilə Ukrayna münaqişəsinin Avropaya ötürülməsi riskini, nüvə güclərinin iştirakı ilə birbaşa toqquşmaya keçidə qədər artırdıqlarını dərk etməyə bilməz.
Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır". Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynaya Qərbdən silahların göndərilməsi Rusiya-Ukrayna danışıqlarına mənfi təsir göstərəcək.
Xəbər lenti
0