https://sputnik.az/20230329/turkiyede-qaz-habi-layihesinde-gecikmeler-mumkundur-lakin-onlar-kritik-deyil-453130241.html
Türkiyədə qaz habı layihəsində gecikmələr mümkündür, lakin onlar kritik deyil
Türkiyədə qaz habı layihəsində gecikmələr mümkündür, lakin onlar kritik deyil
Sputnik Azərbaycan
Nazir Fatih Dönməz bildirib ki, Ankaranın məqsədi bir il ərzində habı tam şəkildə işə salmaqdır. 29.03.2023, Sputnik Azərbaycan
2023-03-29T12:27+0400
2023-03-29T12:27+0400
2023-03-29T12:27+0400
qaz
rusiya
türkiyə
rusiya
peskov
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447366945_210:0:3851:2048_1920x0_80_0_0_d12a42e97c1da3053cd77002984f3f78.jpg
BAKI, 29 mart — Sputnik. Rusiyanın Türkiyədə təklif etdiyi qaz habı layihəsinin həyata keçirilməsində gecikmələr mümkündür, lakin onlar kritik deyil, təmaslar davam edir. Bu barədə Rusiya mediası məlumat verib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov ötən həftə Türkiyədə qaz habının yaradılmasının vaxtı ilə bağlı danışarkən bildirib ki, bu, mürəkkəb layihədir və hər hansı gecikmə və ya texniki problem qaçılmazdır. Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz martın əvvəlində bildirib ki, Ankaranın məqsədi bir il ərzində onu tam şəkildə işə salmaqdır. "Bəli, zəlzələlərin sarsıdıcı təsirləri və gündəmi bu vəziyyətə salmaqla gecikmələr mümkündür. Ancaq kritik vəziyyət yoxdur, danışıqlar davam edir, daim fikir mübadiləsi aparılır. Layihənin hər iki tərəf üçün əhəmiyyəti iki ölkə liderlərinin təkrar danışıqları zamanı bildirilib, nümayəndə heyətlərinə bütün təfərrüatların diqqətlə işlənməsi tapşırılıb", - deyə agentliyin həmsöhbəti layihənin həyata keçirilməsində mümkün gecikmələrlə bağlı sualı cavablandırıb. Ötən ilin oktyabrında Rusiya və Türkiyə prezidentləri Türkiyədə qaz habının yaradılması məsələsini ətraflı işlənməsini tapşırıblar. Xüsusilə də bu hab vasitəsilə zədələnmiş "Şimal axınları"ndan qaz nəqlini həyata keçirmək mümkün olardı. Eyni zamanda Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, söhbət təkcə Türkiyədə ticarət platformasının yaradılmasından deyil, həm də infrastrukturun inkişafından və cənub istiqamətində tədarükün artırılmasından gedir. Onun sözlərinə görə, digər ölkələr də iştirak edə bilər: Əlcəzair, Qətər və Azərbaycan da cənub istiqamətindən Avropaya qaz nəql edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447366945_665:0:3396:2048_1920x0_80_0_0_4b78e14df0f269cb2d7b32f8de89404b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaz, türkiyə, rusiya, peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
qaz, türkiyə, rusiya, peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
Türkiyədə qaz habı layihəsində gecikmələr mümkündür, lakin onlar kritik deyil
Nazir Fatih Dönməz bildirib ki, Ankaranın məqsədi bir il ərzində habı tam şəkildə işə salmaqdır.
BAKI, 29 mart — Sputnik. Rusiyanın Türkiyədə təklif etdiyi qaz habı layihəsinin həyata keçirilməsində gecikmələr mümkündür, lakin onlar kritik deyil, təmaslar davam edir.
Bu barədə Rusiya mediası məlumat verib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov ötən həftə Türkiyədə qaz habının yaradılmasının vaxtı ilə bağlı danışarkən bildirib ki, bu, mürəkkəb layihədir və hər hansı gecikmə və ya texniki problem qaçılmazdır. Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz martın əvvəlində bildirib ki, Ankaranın məqsədi bir il ərzində onu tam şəkildə işə salmaqdır.
"Bəli, zəlzələlərin sarsıdıcı təsirləri və gündəmi bu vəziyyətə salmaqla gecikmələr mümkündür. Ancaq kritik vəziyyət yoxdur, danışıqlar davam edir, daim fikir mübadiləsi aparılır. Layihənin hər iki tərəf üçün əhəmiyyəti iki ölkə liderlərinin təkrar danışıqları zamanı bildirilib, nümayəndə heyətlərinə bütün təfərrüatların diqqətlə işlənməsi tapşırılıb", - deyə agentliyin həmsöhbəti layihənin həyata keçirilməsində mümkün gecikmələrlə bağlı sualı cavablandırıb.
Ötən ilin oktyabrında Rusiya və Türkiyə prezidentləri Türkiyədə qaz habının yaradılması məsələsini ətraflı işlənməsini tapşırıblar. Xüsusilə də bu hab vasitəsilə zədələnmiş "Şimal axınları"ndan qaz nəqlini həyata keçirmək mümkün olardı. Eyni zamanda Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, söhbət təkcə Türkiyədə ticarət platformasının yaradılmasından deyil, həm də infrastrukturun inkişafından və cənub istiqamətində tədarükün artırılmasından gedir. Onun sözlərinə görə, digər ölkələr də iştirak edə bilər: Əlcəzair, Qətər və Azərbaycan da cənub istiqamətindən Avropaya qaz nəql edir.