https://sputnik.az/20230329/rusiyanin-regionlarindan-azerbaycana-ucuslarin-cografiyasi-genislenir-453096270.html
Rusiyanın regionlarından Azərbaycana uçuşların coğrafiyası genişlənir
Rusiyanın regionlarından Azərbaycana uçuşların coğrafiyası genişlənir
Sputnik Azərbaycan
Rusiyanın "İrAero" aviaşirkəti Novosibirsk-Bakı-Novosibirsk istiqamətində uçuşlar həyata keçirmək niyyətindədir. 29.03.2023, Sputnik Azərbaycan
2023-03-29T08:33+0400
2023-03-29T08:33+0400
2023-03-29T08:33+0400
rusiya
rusiya
azərbaycan
uçuş
aviareys
ufa
novosibirsk
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/14/437398517_0:0:2283:1285_1920x0_80_0_0_4834bd0b26793fe50deff2d08e7112ee.jpg
BAKI, 29 mart — Sputnik. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) "İrAero" aviaşirkətinə Omskdan Bakıya birbaşa uçuşlar həyata keçirmək üçün icazə verib. Müvafiq əmr qurumun saytında dərc olunub. Qeyd edək ki, hazırda bu marşrut üzrə birbaşa uçuşlar yoxdur. Bundan əlavə, Rusiyanın "İrAero" aviaşirkəti Novosibirsk-Bakı-Novosibirsk istiqamətində uçuşlar həyata keçirmək niyyətindədir. Novosibirskdən Bakıya uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri, Bakıdan Novosibirskə isə çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bundan əlavə, martın 29-dan "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa uçuşlar açır. Uçuşlar çərşənbə günləri Suxoy Superjet-100 təyyarəsi ilə yerinə yetiriləcək. Uçuş müddəti üç saatdır. Qeyd edək ki, "Utair" aviaşirkətləri artıq bu istiqamətdə çərşənbə axşamı, AZAL isə cümə axşamı və bazar günləri uçuşlar həyata keçirir. Xatırladaq ki, Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, 28 mart 2023-cü il saat 06:00-dan etibarən Azərbaycana gələrkən COVID-19 pasportunun təqdim edilməsi tələb olunmur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/14/437398517_274:0:2283:1507_1920x0_80_0_0_19273b0b07bf101698b916979c499ff6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
rusiya, azərbaycan, uçuş, aviareys, ufa, novosibirsk
rusiya, azərbaycan, uçuş, aviareys, ufa, novosibirsk
Rusiyanın regionlarından Azərbaycana uçuşların coğrafiyası genişlənir
Rusiyanın "İrAero" aviaşirkəti Novosibirsk-Bakı-Novosibirsk istiqamətində uçuşlar həyata keçirmək niyyətindədir.
BAKI, 29 mart — Sputnik. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) "İrAero" aviaşirkətinə Omskdan Bakıya birbaşa uçuşlar həyata keçirmək üçün icazə verib. Müvafiq əmr qurumun saytında dərc olunub.
Qeyd edək ki, hazırda bu marşrut üzrə birbaşa uçuşlar yoxdur.
Bundan əlavə, Rusiyanın "İrAero" aviaşirkəti Novosibirsk-Bakı-Novosibirsk istiqamətində uçuşlar həyata keçirmək niyyətindədir. Novosibirskdən Bakıya uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri, Bakıdan Novosibirskə isə çərşənbə və şənbə günləri həyata keçiriləcək.
"İlk Novosibirsk-Bakı reysi martın 31-nə planlaşdırılıb. Təyyarə Novosibirskdən saat 14:00-da (GMT +7) yola düşəcək, Bakıya isə saat 15:40-da (GMT +4) çatacaq. Uçuş müddəti 4 saat 40 dəqiqə olacaq. Qayıdış reysi saat 23:10-da yerinə yetiriləcək, uçuş müddəti 3 saat 50 dəqiqə olacaq", - "İrAero"nun hesabatında deyilir.
Bundan əlavə, martın 29-dan "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa uçuşlar açır. Uçuşlar çərşənbə günləri Suxoy Superjet-100 təyyarəsi ilə yerinə yetiriləcək. Uçuş müddəti üç saatdır.
Qeyd edək ki, "Utair" aviaşirkətləri artıq bu istiqamətdə çərşənbə axşamı, AZAL isə cümə axşamı və bazar günləri uçuşlar həyata keçirir.
Xatırladaq ki, Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, 28 mart 2023-cü il saat 06:00-dan etibarən Azərbaycana gələrkən COVID-19 pasportunun təqdim edilməsi tələb olunmur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.