https://sputnik.az/20230329/rusiya-xn-ukraynali-texribatcilarin-belarusa-kocurulmesinin-mumkunluyunu-bildirib-453158406.html
Rusiya XİN ukraynalı təxribatçıların Belarusa köçürülməsinin mümkünlüyünü bildirib
Rusiya XİN ukraynalı təxribatçıların Belarusa köçürülməsinin mümkünlüyünü bildirib
Sputnik Azərbaycan
Kiyev millətçiləri respublikanın mövcud hökumətini devirmək məqsədini güdə bilərlər. 29.03.2023, Sputnik Azərbaycan
2023-03-29T20:23+0400
2023-03-29T20:23+0400
2023-03-29T20:24+0400
rusiya xin
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
ukraynalı
təxribat
https://cdnn1.img.sputnik.az/img/07e6/05/17/442169395_0:0:3267:1839_1920x0_80_0_0_9cbc3110faf4ad9f89c26dd14f9cd81f.jpg
BAKI, 29 mart — Sputnik. Ukraynadan Belarusa millətçi təxribat qruplarının köçürülməsi ehtimalı istisna edilmir. Onların məqsədi respublika rəhbərliyini devirmək ola bilər. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RTVI" telekanalına müsahibəsində deyib. Qaluzin bildirib ki, son zamanlar Donbasda Ukrayna Silahlı Qüvvələrinin (USQ) tərəfindən çıxış edən "Belarus millətçi birləşmələri"nin nümayəndələrinin ritorikası daha da sərtləşib. Onlar Kiyev və Qərb siyasətçiləri tərəfindən fəal şəkildə dəstəklənirlər. "Bu başkəsən-muzdluların rəhbərləri və komandirləri açıq şəkildə deyirlər ki, onlar gələcəkdə Belarusun hazırkı rəhbərliyini zorla devirmək üçün öz döyüş təcrübələrini tətbiq etməyi planlaşdırırlar. Bu baxımdan, bu cür təxribat qruplarının respublikaya köçürülməsinin mümkünlüyünü istisna etmək olmaz", - deyə Rusiya xarici işlər nazirinin müavini bildirib. Mixail Qaluzin hesab edir ki, belə risklər Belarusun xüsusi xidmət və hüquq-mühafizə orqanları tərəfindən nəzərə alınmalıdır. Eyni zamanda, həm məqsədyönlü təxribatlar, həm də respublika ərazisinə genişmiqyaslı hücum ola bilər. Qaluzin əlavə edib ki, Regional Qoşunlar Qrupunun Belarusda yerləşdirilməsi Ukrayna bölmələri üçün güclü maneə olub. İndi onlar bu istiqamətdə əhəmiyyətli ehtiyatları saxlamağa məcburdurlar, hansı ki, əks halda bu ehtiyatlar cənub-şərqə köçürüləcəkdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/17/442169395_24:0:2755:2048_1920x0_80_0_0_f40a3a742238a4ebcf3be922c3dcefde.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, xüsusi hərbi əməliyyat, ukraynalı, təxribat
rusiya xin, xüsusi hərbi əməliyyat, ukraynalı, təxribat
Rusiya XİN ukraynalı təxribatçıların Belarusa köçürülməsinin mümkünlüyünü bildirib
20:23 29.03.2023 (Yenilənib: 20:24 29.03.2023) Kiyev millətçiləri respublikanın mövcud hökumətini devirmək məqsədini güdə bilərlər.
BAKI, 29 mart — Sputnik. Ukraynadan Belarusa millətçi təxribat qruplarının köçürülməsi ehtimalı istisna edilmir. Onların məqsədi respublika rəhbərliyini devirmək ola bilər.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RTVI" telekanalına müsahibəsində deyib.
Qaluzin bildirib ki, son zamanlar Donbasda Ukrayna Silahlı Qüvvələrinin (USQ) tərəfindən çıxış edən "Belarus millətçi birləşmələri"nin nümayəndələrinin ritorikası daha da sərtləşib. Onlar Kiyev və Qərb siyasətçiləri tərəfindən fəal şəkildə dəstəklənirlər.
"Bu başkəsən-muzdluların rəhbərləri və komandirləri açıq şəkildə deyirlər ki, onlar gələcəkdə Belarusun hazırkı rəhbərliyini zorla devirmək üçün öz döyüş təcrübələrini tətbiq etməyi planlaşdırırlar. Bu baxımdan, bu cür təxribat qruplarının respublikaya köçürülməsinin mümkünlüyünü istisna etmək olmaz", - deyə Rusiya xarici işlər nazirinin müavini bildirib.
Mixail Qaluzin hesab edir ki, belə risklər Belarusun xüsusi xidmət və hüquq-mühafizə orqanları tərəfindən nəzərə alınmalıdır. Eyni zamanda, həm məqsədyönlü təxribatlar, həm də respublika ərazisinə genişmiqyaslı hücum ola bilər.
Qaluzin əlavə edib ki, Regional Qoşunlar Qrupunun Belarusda yerləşdirilməsi Ukrayna bölmələri üçün güclü maneə olub. İndi onlar bu istiqamətdə əhəmiyyətli ehtiyatları saxlamağa məcburdurlar, hansı ki, əks halda bu ehtiyatlar cənub-şərqə köçürüləcəkdi.