Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ilə müharibə nə qədər davam edəcək? - Kreml açıqladı

© AFP 2024 / DIMITAR DILKOFFKremlə mənzərə
Kremlə mənzərə - Sputnik Azərbaycan, 1920, 29.03.2023
Abunə olmaq
Kreml səlahiyyətlisi Vladimir Zelenskinin Artemovskda (Baxmutda) məğlub olacağı təqdirdə Ukraynanın Rusiya ilə, o cümlədən ölkə daxilində kompromisə getməyə sövq ediləcəyi ilə bağlı dediklərini şərh edib.
BAKI, 29 mart — Sputnik. Kreml dost olmayan ölkələrin Rusiyaya qarşı apardığı hibrid müharibənin uzun müddət davam edəcəyinə inanır. Bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov danışıb.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Kremlin hərbi əməliyyatların başa çatması perspektivlərini necə qiymətləndirməsi və xüsusi hərbi əməliyyatın bu il başa çata biləcəyi ilə bağlı suala cavabında deyib: “Bununla bağlı XHƏ ilə məşğul olan mütəxəssislər – Müdafiə Nazirliyi cavab verməlidir”.
"Əgər siz geniş kontekstdə müharibəni - düşmən dövlətlərlə, dost olmayan ölkələrlə qarşıdurmanı, ölkəmizə qarşı açılan bu hibrid müharibəni nəzərdə tutursunuzsa, bu, uzun müddət davam edəcək. Burada isə bizə prezident ətrafında birlik, sədaqət, məqsədyönlülük lazımdır", - deyə Peskov bildirib.
Peskov, Ukrayna Prezidenti Vladimir Zelenskinin Artemovskda (Baxmutda) məğlub olacağı təqdirdə Ukraynanın Rusiya ilə, o cümlədən ölkə daxilində kompromisə getməyə sövq ediləcəyi ilə bağlı dediklərini şərh edərkən, xalq döyüşlərdən yorulub deyib: "Kiyev rejimi prioritetlərini özü təyin edir" .
"XHƏ davam edir. Biz bilirik ki, Artemovsk uğrunda şiddətli döyüşlər gedir. Bizim (hərbi heyət) qəhrəmanlıq göstərir. Onlara uğurlar arzulayırıq", - deyə Peskov qeyd edib.
Peskov Rusiya Federasiyasındakı əhval-ruhiyyə haqqında deyib ki, Rusiya cəmiyyətinin prezidentin ətrafında mütləq konsolidasiyası müşahidə olunur: "Cəmiyyətimizdə tamamilə dominant bir inam görürük. XHƏ qarşıya qoyulan bütün məqsədlərə çatacaq və bunlar əldə edilməlidir".
Xəbər lenti
0