https://sputnik.az/20230329/moskva-ktmt-ile-bagli-revandan-gozlentisini-aciqladi-453131364.html
Moskva KTMT ilə bağlı İrəvandan gözləntisini açıqladı
Moskva KTMT ilə bağlı İrəvandan gözləntisini açıqladı
Sputnik Azərbaycan
Rusiya XİN başçısının müavini ümid edir ki, "kim hardan çıxır" kimi zərərli müzakirələr dayandırılacaq, KTMT çərçivəsində İrəvanla qarşılıqlı fəaliyyətin bütün... 29.03.2023, Sputnik Azərbaycan
2023-03-29T15:00+0400
2023-03-29T15:00+0400
2023-03-29T15:00+0400
ktmt
rusiya
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/17/452055827_0:106:2855:1711_1920x0_80_0_0_37a6aee1b6ce65d33c816519707470a3.jpg
BAKI, 29 mart — Sputnik. Moskva gözləyir ki, İrəvan KTMT-nin digər üzvləri ilə qarşılıqlı fəaliyyətinin xarakteri ilə bağlı zərərli müzakirələri dayandıracaq və məsələlər konstruktiv şəkildə həll olunacaq. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. "Ümid edirik ki, "kim haradan çıxır" kimi zərərli müzakirələr dayandırılacaq və KTMT çərçivəsində İrəvanla qarşılıqlı fəaliyyətin bütün məsələləri konstruktiv və qarşılıqlı faydalı şəkildə həll olunacaq, o cümlədən təşkilatın Ermənistan ərazisində müşahidə missiyasının yerləşdirilməsi məsələsi həll olunacaq", - o, RTVI-ya müsahibəsində deyib. Martın 10-da Ermənistan KTMT baş katibinin müavini kvotasından imtina edib. "Bəli, biz KTMT-yə müvafiq təklif göndərmişik", - Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan deyib. Yanvarın 10-da Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan 2023-cü ildə ölkədə KTMT təlimlərinin keçirilməsini lazımsız hesab edir. 2022-ci il noyabrın 23-də İrəvanda Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannamə layihəsini və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/17/452055827_29:0:2642:1960_1920x0_80_0_0_2dc5e3cda153d75f231cacf040bed514.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ktmt, ermənistan
Moskva KTMT ilə bağlı İrəvandan gözləntisini açıqladı
Rusiya XİN başçısının müavini ümid edir ki, "kim hardan çıxır" kimi zərərli müzakirələr dayandırılacaq, KTMT çərçivəsində İrəvanla qarşılıqlı fəaliyyətin bütün məsələləri konstruktiv və qarşılıqlı faydalı şəkildə həll olunacaq.
BAKI, 29 mart — Sputnik. Moskva gözləyir ki, İrəvan KTMT-nin digər üzvləri ilə qarşılıqlı fəaliyyətinin xarakteri ilə bağlı zərərli müzakirələri dayandıracaq və məsələlər konstruktiv şəkildə həll olunacaq.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
"Ümid edirik ki, "kim haradan çıxır" kimi zərərli müzakirələr dayandırılacaq və KTMT çərçivəsində İrəvanla qarşılıqlı fəaliyyətin bütün məsələləri konstruktiv və qarşılıqlı faydalı şəkildə həll olunacaq, o cümlədən təşkilatın Ermənistan ərazisində müşahidə missiyasının yerləşdirilməsi məsələsi həll olunacaq", - o, RTVI-ya müsahibəsində deyib.
Martın 10-da Ermənistan KTMT baş katibinin müavini kvotasından imtina edib. "Bəli, biz KTMT-yə müvafiq təklif göndərmişik", - Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan deyib.
Yanvarın 10-da Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan 2023-cü ildə ölkədə KTMT təlimlərinin keçirilməsini lazımsız hesab edir. 2022-ci il noyabrın 23-də İrəvanda Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannamə layihəsini və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina edib.