Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kiyev rejimi dini dözümsüzlük siyasəti aparır - Rusiya Federasiya Şurası

© Sputnik / Мария ДевахинаRusiya Federasiya Şurası
Rusiya Federasiya Şurası - Sputnik Azərbaycan, 1920, 29.03.2023
Abunə olmaq
Qanunvericilər Ukraynada dindarların hüquqlarının ən kobud şəkildə pozulması faktlarını qətiyyətlə pisləyirlər və bildirirlər ki, bu, Kiyev rejiminin həyata keçirdiyi dini dözümsüzlük siyasətinin nəticəsidir.
BAKI, 29 mart — Sputnik. Kiyev rejimi dini dözümsüzlük siyasəti aparır, dünya ölkələrinin parlamentləri prinsipial mövqe tutmalı və Ukraynadan dindarlara qarşı ayrı-seçkilik və dini ziyarətgahların təhqir olunması siyasətini dayandırmağı tələb etməlidir.
Bu barədə Rusiya Federasiya Şurasının qəbul etdiyi bəyanatda deyilir.
"Federasiya Şurası xarici dövlətlərin parlamentlərini, beynəlxalq parlament təşkilatlarını prinsipial mövqe tutmağa və rəsmi Kiyevdən Ukraynanın beynəlxalq öhdəliklərinə qayıtmağı, dindarlara qarşı ayrı-seçkilik və dini ziyarətgahların təhqir olunması siyasətini dayandırmağı tələb etməyə çağırır", - rusiyalı senatorların Ukraynada dindarların hüquqlarının pozulması faktları ilə bağlı bəyanatında deyilir.
Qanunvericilər Ukraynada dindarların hüquqlarının ən kobud şəkildə pozulması faktlarını qətiyyətlə pisləyirlər və bildirirlər ki, bu Kiyev rejiminin həyata keçirdiyi dini dözümsüzlük siyasətinin nəticəsidir.
"Ukrayna hakimiyyəti faktiki olaraq Ukrayna xalqına rəsmi kilsə kimi Qərbin dəstəyi ilə yaradılmış, özünü "Ukrayna Pravoslav Kilsəsi" adlandıran siyasi strukturu sırımağa çalışır. Eyni zamanda, kanonik Ukrayna pravoslavları Kilsə vasitəsilə təqib olunur: kilsələr zəbt edilir, icmalar qeyri-qanuni olaraq ləğv edilir, ruhanilər vətəndaşlıqdan məhrum edilir və repressiyaya məruz qalır", - Federasiya Şurasının bəyanatında vurğulanır.
Senatorların fikrincə, Ukrayna hakimiyyətinin Ukrayna Pravoslav Kilsəsini əsas ziyarətgahlarından biri - Kiyev-Peçora Lavrasından məhrum etmək barədə son qərarı dəhşətlidir.
"Dünya müsəlmanlarının müqəddəs kitabı Qurani-Kərimin təhqir edilməsi daha bir çirkin hərəkət oldu. Bu vandalizm aktı rəsmi Kiyevin Ukraynada yaşayan etnik və dini icmaların nümayəndələrinə qarşı yürütdüyü diskriminasiya siyasətinin birbaşa nəticəsidir", - bəyanatda deyilir.
Xəbər lenti
0