https://sputnik.az/20230329/bakida-azerbaycan-beynelxalq-turizm-ve-seyahetler-sergisi-acilacaq-453141764.html
Bakıda Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi açılacaq
Bakıda Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi açılacaq
Sputnik Azərbaycan
Sərgiyə Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrindən - Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya... 29.03.2023, Sputnik Azərbaycan
2023-03-29T23:59+0400
2023-03-29T23:59+0400
2023-03-29T23:59+0400
sərgi
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427122805_0:0:3072:1728_1920x0_80_0_0_09be672e86397f13f38411a06bb49db2.jpg
BAKI, 29 mart — Sputnik. Aprelin 4-dən 6-dək Bakı Ekspo Mərkəzində pandemiya ilə bağlı yaranan 3 illik fasilədən sonra 19-cu Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" ("AITF 2023") sərgisi açılacaq. Sərginin təşkilatçısı "Caspian Event Organisers" şirkətidir. Sərgi ənənəvi olaraq müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirən, onlara yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən turizm bazarının aparıcı tədbirlərindən biridir. Fəal istirahətin ən geniş yayılmış, həmçinin kütləvi növü olan turizmə aid tədbirlər nəinki bu sənayenin nümayəndələrini, həm də yerli və xarici səyahətçiləri cəlb edir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və beləliklə, turizm daha geniş vüsət alır. "AITF 2023" sərgisi səyahət etməyi sevən Azərbaycan səyahətçiləri üçün də yeni turistik məkanları kəşf etmək imkanı yaradan bir platforma olacaq. Sərgiyə Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrindən - Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya, Tunis və başqa ölkələrdən olan şirkətlər qatılacaq. Budəfəki sərgidə Belarus, Çexiya, Polşa və Özbəkistan öz milli stendləri ilə iştirak edəcəklər. Qeyd edək ki, sərgi çərçivəsində panel müzakirələr aparılacaq, ikitərəfli B2B görüşlər keçiriləcək, yerli və xarici şirkətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq yollarını, eləcə də tərəfdaşlığın digər formalarını müzakirə edəcəklər. Həmçinin təhsil turizmi, xaricdə əmlak, idman turizmi, turizmdə İT texnologiyaları, ovçuluq və balıqçılıq, kruiz sənayesi, aviaşirkətlər, milli və regional turizm orqanları, nazirliklər, səfirliklər, səyahət agentlikləri və turoperatorlar və s. kimi bir sıra sektorlar nümayiş olunacaq. "AITF 2023" turizm sənayesinin peşəkarları üçün çoxdan gözlənilən hadisədir, belə ki, "AITF" beynəlxalq və yerli şirkətlərin bazar ehtiyaclarını və istehlakçı marağını qiymətləndirən, rəqabət mühitinin öyrənildiyi, inkişaf strategiyasının qurulduğu ölkənin turizm sənayesinin bərpasına təkan verən sərgidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427122805_341:0:3072:2048_1920x0_80_0_0_4a5a10a73eb0eac37aaa1165b4096292.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərgi
Bakıda Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi açılacaq
Sərgiyə Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrindən - Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya, Tunis və başqa ölkələrdən olan şirkətlər qatılacaq.
BAKI, 29 mart — Sputnik. Aprelin 4-dən 6-dək Bakı Ekspo Mərkəzində pandemiya ilə bağlı yaranan 3 illik fasilədən sonra 19-cu Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" ("AITF 2023") sərgisi açılacaq.
Sərginin təşkilatçısı "Caspian Event Organisers" şirkətidir.
Sərgi ənənəvi olaraq müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirən, onlara yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən turizm bazarının aparıcı tədbirlərindən biridir.
Fəal istirahətin ən geniş yayılmış, həmçinin kütləvi növü olan turizmə aid tədbirlər nəinki bu sənayenin nümayəndələrini, həm də yerli və xarici səyahətçiləri cəlb edir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və beləliklə, turizm daha geniş vüsət alır. "AITF 2023" sərgisi səyahət etməyi sevən Azərbaycan səyahətçiləri üçün də yeni turistik məkanları kəşf etmək imkanı yaradan bir platforma olacaq.
Sərgiyə Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrindən - Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya, Tunis və başqa ölkələrdən olan şirkətlər qatılacaq. Budəfəki sərgidə Belarus, Çexiya, Polşa və Özbəkistan öz milli stendləri ilə iştirak edəcəklər.
Qeyd edək ki, sərgi çərçivəsində panel müzakirələr aparılacaq, ikitərəfli B2B görüşlər keçiriləcək, yerli və xarici şirkətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq yollarını, eləcə də tərəfdaşlığın digər formalarını müzakirə edəcəklər. Həmçinin təhsil turizmi, xaricdə əmlak, idman turizmi, turizmdə İT texnologiyaları, ovçuluq və balıqçılıq, kruiz sənayesi, aviaşirkətlər, milli və regional turizm orqanları, nazirliklər, səfirliklər, səyahət agentlikləri və turoperatorlar və s. kimi bir sıra sektorlar nümayiş olunacaq.
"AITF 2023" turizm sənayesinin peşəkarları üçün çoxdan gözlənilən hadisədir, belə ki, "AITF" beynəlxalq və yerli şirkətlərin bazar ehtiyaclarını və istehlakçı marağını qiymətləndirən, rəqabət mühitinin öyrənildiyi, inkişaf strategiyasının qurulduğu ölkənin turizm sənayesinin bərpasına təkan verən sərgidir.