Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN-dən ABŞ-ın "demokratiya sammiti"nə reaksiya

© Sputnik / Алексей КуденкоRusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli
Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.03.2023
Abunə olmaq
Nazirlik bildirib ki, demokratiya naminə keçirilən qondarma sammitlər ABŞ-ın xarici siyasətindəki neokolonial təcrübənin bariz təzahürüdür.
BAKI, 28 mart — Sputnik. "Demokratiya Sammitləri" ABŞ-ın neokolonial təcrübələrinin təzahürüdür və onları təşkil etmək səylərinin arxasında ABŞ-ın nəzarət alətlərini qanuniləşdirmək istəyi dayanır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın martın 28-30-da ABŞ-ın dünyada demokratiyaya dəstək bəhanəsi ilə təşkil etdiyi “demokratiya sammiti” ilə bağlı şərhində deyilir.

"Demokratiya naminə keçirilən qondarma sammitlər ABŞ-ın xarici siyasətindəki neokolonial təcrübənin bariz təzahürüdür. Onların təşkili və toplanması səylərinin arxasında ABŞ-ın xarici nəzarət və dövlətlərin daxili işlərinə müdaxilə alətlərini yeniləmək və qanuniləşdirmək, suveren dövlətləri Vaşinqtonun qlobal maraqlarına xidmət etməyə təşviq edən eynəklə baxmağa məcbur etmək istəyi dayanır”, - diplomat bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0