Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Quterreşin ləyaqətsiz tamaşada iştirakına görə təəssüflənir - Zaxarova

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 28.03.2023
Abunə olmaq
Zaxarovanın fikrincə, demokratiya uğrunda sammitlər, ABŞ-ın xarici siyasətində neokolonial təcrübələrin təzahürüdür.
BAKI, 28 mart — Sputnik. Moskva BMT-nin baş katibi Antonio Quterreşin ABŞ-ın təşkil etdiyi "demokratiya sammitində" - "ləyaqətsiz tamaşa"da olan iştirakından təəssüflənir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"BMT-nin baş katibi Antonio Quterreşin bu layiqsiz tamaşada iştirak etmək qərarı çox təəssüfləndiricidir", - deyə Zaxarova Rusiya Xarici Işlər Nazirliyinin saytında ABŞ-ın "demokratiya uğrunda sammiti" keçirməsi barədə yazdığı şərhdə bildirib.

© AP Photo / Paul WhiteAntonio Quterreş
Антониу Гутерриш, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.03.2023
Antonio Quterreş
Onun sözlərinə görə, 2021-ci ilin dekabrında keçirilən tədbirə bənzər bu beynəlxalq tədbir ABŞ administrasiyasının Vaşinqtonda deyildiyi kimi, Vaşinqtonun özünün aparıcı rolda olacaq "demokratik dövlətlər"in koalisiyasını yaratmaq üçün konfrans çağırmağa ikinci cəhdidir.
"Biz ABŞ hakimiyyətinin qlobal miqyasda demokratik dəyərlərin təbliğində liderlik iddiasını ikiüzlülüyün zirvəsi hesab edirik. Onların bu sahədə nüfuzunu şübhəli adlandırmaq belə mümkün deyil: bu nüfuz tamamilə darmadağın olub", - deyə Zaxarova vurğulayıb.
Rusiya Xarici Işlər Nazirliyinin rəsmi nümayəndəsi onu da əlavə edib ki, demokratiya uğrunda sammitlər, ABŞ-ın xarici siyasətində neokolonial təcrübələrin təzahürüdür, onların təşkili və çağırılması səylərinin arxasında ABŞ-ın xarici nəzarət və suveren dövlətlərin daxili işlərinə müdaxilə vasitələrini yeniləmək və qanuniləşdirmək səyləri durur.

"Hamını dünyaya Vaşinqtonun qlobal maraqlarına xidmət edən "qaydalara əsaslanan nizam"ın optikası ilə baxmağa məcbur etmək. Eyni zamanda, söhbət Amerikanın siyasi elitasının "avtokratiya" kimi qələmə verməyə çalışdıqları ilə mübarizə üçün ideoloji platformanın formalaşdırılmasından gedir". Bu, ilk növbədə, Rusiya və Çindir", - deyə Zaxarova bildirib.

O, vurğulayıb ki, Moskva Amerika oxunuşunda "demokratiya"nın mübahisəsiz, "əşyaların yeganə ölçüsü" kimi tətbiq olunmasına qətiyyətlə qarşı çıxır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0