Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN Ukraynanın son sutkadakı itkilərini açıqladı

© AP Photo / Evgeniy MaloletkaUkrayna hərbçiləri, arxiv şəkli
Ukrayna hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.03.2023
Abunə olmaq
Xerson istiqamətində gün ərzində 18-ə qədər ukraynalı hərbçi və beş texnika atəşə tutularaq məhv edilib.
BAKI, 28 mart — Sputnik. Kupyansk istiqamətində "Qərb" qoşun qrupu aviazərbə və artilleriya atəşi ilə Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətinin Molçanovo, Sinkovka və Berestovo yaşayış məntəqələri ərazilərindəki bölmələrini vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, düşmən 65 hərbçisinin, iki zirehli döyüş maşını və üç texnikasını itirib.
Krasno-Limansk istiqamətində hücum və ordu aviasiyasının zərbələri, artilleriya atəşi və "Mərkəz" qüvvələr qrupunun bölmələrinin aktiv əməliyyatları nəticəsində "LXR"in Nevskoye və Çervonaya Dibrova yaşayış məntəqələri ərazilərində düşmənin canlı qüvvəsi və texnikası darmadağın edilib. 125-ə qədər ukraynalı hərbçi, dörd zirehli döyüş maşını, üç pikap, həmçinin "Qvozdika" özüyeriyən haubitsası məhv edilib.
Donetsk istiqamətində "Cənub" qoşun qruplaşmasının bölmələrinin artilleriya atəşi nəticəsində düşmənin sutka ərzində itkiləri 240 Ukrayna hərbçisi və muzdlusu, üç piyada döyüş maşını, üç zirehli transportyor, iki zirehli döyüş maşını, dörd maşın və bir D-30 haubitsası olub.
Cənub-Donetsk və Zaporojya istiqamətlərində "Vostok" qruplaşmasının aviazərbələri və artilleriya atəşi "Donetsk Xalq Respublikası"nın Novomixailovka və Uqledar qəsəbələrində Ukrayna Silahlı Qüvvələrinin bölmələrini məğlubiyyətə uğradıb.Düşmənin bu istiqamətlərdə sutka ərzində itkiləri 20 Ukrayna hərbçisi, həmçinin 3 avtomobil təşkil edib.
Xerson istiqamətində gün ərzində 18-ə qədər ukraynalı hərbçi və beş texnika atəşə tutularaq məhv edilib.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşun qruplarının (qüvvələrinin) operativ-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriya bölmələri gün ərzində 114 ərazidə atəş mövqeləri, canlı qüvvə və texnika ilə Ukrayna Silahlı Qüvvələrinin 96 artilleriya bölməsini darmadağın edib.
Xerson vilayətinin Davidov Brod kəndi ərazisində Ukraynaya məxsus S-300 zenit-raket kompleksinin istiqamətləndirici radarı məhv edilib.
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 404 təyyarə, 226 helikopter, 3612 pilotsuz uçuş aparatı, 414 zenit-raket kompleksi, 8433 tank və digər zirehli döyüş texnikası, 1074 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 4449 sahə artilleriya silahı və minaatan, həmçinin 9161 ədəd xüsusi təyinatlı hərbi maşın zərərsizləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0