Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İranın xarici işlər naziri Moskvaya səfər edib

© Depositphotos.com / AaelboeollosyRusiya və İran bayraqları, arxiv şəkli
Rusiya və İran bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.03.2023
Abunə olmaq
Tərəflərin Rusiya və İranın xarici işlər nazirləri iki ölkə arasında bağlanmış razılaşmaları, regionda vəziyyətin dəyişməsini, habelə Şimal-Cənub dəhlizi layihəsinin həyata keçirilməsi üzrə birgə hökumətlərarası komissiyanın işini müzakirə edəcəkləri bildirilir.
BAKI, 28 mart - Sputnik. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün Moskvaya səfər edib. Bu barədə İrna agentliyi məlumat yayıb.
Naziri yüksək rütbəli nümayəndə heyətinin müşayitə etdiyi bildirilir.
© Sputnik / POOL / Mediabanka keçidHüseyn Əmir Abdullahiyan
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian - Sputnik Azərbaycan, 1920, 28.03.2023
Hüseyn Əmir Abdullahiyan

"İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Moskvaya səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı məsələsini müzakirə etmək niyyətindədir", - deyə məlumatda qeyd olunur.

Qeyd olunur ki, tərəflər Ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyətinə də baxacaqlar.
"İran mətbuatının məlumatına görə, Rusiya və İranın xarici işlər nazirləri iki ölkə arasında bağlanmış razılaşmaları, regionda (Yaxın Şərqdə) vəziyyətin dəyişməsini, XİN-in işi zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsində irəliləyişləri, ticarət-iqtisadi əməkdaşlıq, habelə Şimal-Cənub dəhlizi layihəsinin həyata keçirilməsi üzrə birgə hökumətlərarası komissiyanın işini müzakirə edəcəklər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0