https://sputnik.az/20230328/dini-konfessiya-numayendeleri-qarabagda-yasayan-ermenilere-muraciet-etdi-453100006.html
Dini konfessiya nümayəndələri Qarabağda yaşayan ermənilərə müraciət etdi
Dini konfessiya nümayəndələri Qarabağda yaşayan ermənilərə müraciət etdi
Sputnik Azərbaycan
Yəhudi, xristian, islam icmasının nümayəndələri erməni separatçılarına, onların havadarlarına bir daha çağırışlar səsləndirərək onları sülhə dəvət ediblər. 28.03.2023, Sputnik Azərbaycan
2023-03-28T15:01+0400
2023-03-28T15:01+0400
2023-03-28T15:05+0400
qarabağ
qarabağ
dini qurumlar üzrə dövlət komitəsi
ermənilər
https://cdnn1.img.sputnik.az/img/40318/94/403189424_0:160:3077:1890_1920x0_80_0_0_e07db8484f2c92a2e4f1a5a90a9ddb69.jpg
BAKI, 28 mart — Sputnik. "Məlumdur ki, zəfərimizin əldə olunmasında ölkəmizdə mövcud olan bu tolerantlıq, multikultural dəyərlərin, xüsusilə milli və dini həmrəyliyin xüsusi rolu olub. Bu gün də ölkəmizin din siyasətindən irəli gələrək bizim qarşımızda duran başlıca vəzifə mövcud olan bu dəyərimizi, milli sərvətimizi qorumaq, möhkəmləndirmək, gücləndirmək və yeni nəslə ötürməkdir". Bunu Qubada jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.Onun sözlərinə görə, dünyada gedən proseslər və mənəvi sahədə olan böhranın getdikcə dərinləşməsi bir daha onu göstərir ki, Azərbaycan dünya üçün əhəmiyyət kəsb edən, dünyada sülhü təbliğ edən bir platforma, strategiya, model yaradıb. Komitə rəsmisi deyib ki, bunun yaranmasında Azərbaycanda mövcud olan bütün dini konfessiyalar, icmalar fəallıq göstərib, xüsusi rol oynayıblar: S.Heydərov onu da bildirib ki, Azərbaycan dünya üçün sülh təbliğ edən gözəl məkana çevrilib: "Biz hamılıqla fəxr edir, qürur duyuruq ki, belə bir ölkədə yaşayırıq. Bugünlərdə tolerantlıq, multikulturalizm ənənələri, birgəyaşayış bizim həyatımızın ayrılmaz hissəsidir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40318/94/403189424_172:0:2903:2048_1920x0_80_0_0_eaa624d7b138bc68cbf32be6e26360ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, dini qurumlar üzrə dövlət komitəsi, ermənilər
qarabağ, dini qurumlar üzrə dövlət komitəsi, ermənilər
Dini konfessiya nümayəndələri Qarabağda yaşayan ermənilərə müraciət etdi
15:01 28.03.2023 (Yenilənib: 15:05 28.03.2023) Yəhudi, xristian, islam icmasının nümayəndələri erməni separatçılarına, onların havadarlarına bir daha çağırışlar səsləndirərək onları sülhə dəvət ediblər.
BAKI, 28 mart — Sputnik. "Məlumdur ki, zəfərimizin əldə olunmasında ölkəmizdə mövcud olan bu tolerantlıq, multikultural dəyərlərin, xüsusilə milli və dini həmrəyliyin xüsusi rolu olub. Bu gün də ölkəmizin din siyasətindən irəli gələrək bizim qarşımızda duran başlıca vəzifə mövcud olan bu dəyərimizi, milli sərvətimizi qorumaq, möhkəmləndirmək, gücləndirmək və yeni nəslə ötürməkdir". Bunu Qubada jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
Onun sözlərinə görə, dünyada gedən proseslər və mənəvi sahədə olan böhranın getdikcə dərinləşməsi bir daha onu göstərir ki, Azərbaycan dünya üçün əhəmiyyət kəsb edən, dünyada sülhü təbliğ edən bir platforma, strategiya, model yaradıb.
Komitə rəsmisi deyib ki, bunun yaranmasında Azərbaycanda mövcud olan bütün dini konfessiyalar, icmalar fəallıq göstərib, xüsusi rol oynayıblar:
"Bugünkü səfərdə də yəhudi, xristian, islam icmasının nümayəndələri erməni separatçılarına, onların havadarlarına bir daha çağırışlar edərək onları sülhə dəvət etdilər. Artıq düşmənçiliyə son qoymağın zamanı çatdığını, birgəyaşayışın, birlikdə çalışmağın vaxtı olduğunu bir daha elan etdilər. Onlar Qarabağda yaşayan ermənilərə müraciət ediblər. Müraciətdə burada xoşbəxt yaşadıqlarını bildirərək erməniləri də Azərbaycanda bu cür xoşbəxt yaşamağa dəvət ediblər".
S.Heydərov onu da bildirib ki, Azərbaycan dünya üçün sülh təbliğ edən gözəl məkana çevrilib:
"Biz hamılıqla fəxr edir, qürur duyuruq ki, belə bir ölkədə yaşayırıq. Bugünlərdə tolerantlıq, multikulturalizm ənənələri, birgəyaşayış bizim həyatımızın ayrılmaz hissəsidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.