Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ Rusiya ilə dialoqu bərpa etmək üçün sivil prinsiplərə qayıtmalıdır - Lavrov

© AP Photo / Hajarah NalwaddaSergey Lavrov
Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 28.03.2023
Abunə olmaq
Rusiya XİN rəhbəri bildirib ki, onlar dövlətlərarası münasibətlərin sivil prinsiplərinə, o cümlədən START Müqaviləsində təsbit olunmuş prinsiplərə qayıtmalıdırlar.
BAKI, 28 mart — Sputnik. ABŞ Rusiya ilə dialoqu bərpa etmək üçün dövlətlərarası münasibətlərin sivil prinsiplərinə qayıtmalıdır, lakin hələlik bunun heç bir əlaməti yoxdur. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS agentliyinə müsahibəsində bildirib.

"Birləşmiş Ştatlarla təmaslarımızı bərpa etmək üçün nə baş verməlidir sualınıza gəlincə, onlar öz davranışlarını dəyişməlidirlər. Onlar dövlətlərarası münasibətlərin sivil prinsiplərinə, o cümlədən START Müqaviləsində təsbit olunmuş prinsiplərə qayıtmalıdırlar", - nazir bildirib.

"Ancaq hələ ki, ABŞ-ın beynəlxalq hüquqi sənədlərdə, ilk növbədə BMT Nizamnaməsində təsbit olunmuş əsaslara qayıtmağa hazır olduğuna dair əlamətlər görmürük", - Rusiya diplomatiyasının rəhbəri əlavə edib.
Xatırladaq ki, fevralın 28-də Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Strateji Hücum Silahlarının azaldılması Müqaviləsində (START) iştirakını dayandırmasını nəzərdə tutan qanunu imzalayıb.
Qanun layihəsi bu ilin fevralın 21-də Putin tərəfindən Rusiya parlamentinə təsdiq olunması üçün göndərilmişdi. Rusiyanın müqavilədə iştirakını bərpa etmək qərarı dövlət başçısı tərəfindən verilə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0