Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Qərbin reaksiyası Rusiyanın Belarusdakı planlarına təsir etməyəcək

© Sputnik / Сергей ГунеевRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 27.03.2023
Abunə olmaq
Kremlin sözçüsü qeyd edib ki, hətta yeni sanksiyaların tətbiqinə belə müdaxilə edilməyəcək.
BAKI, 27 mart — Sputnik. Qərb ölkələrinin reaksiyası, o cümlədən Moskvaya qarşı yeni sanksiya məhdudiyyətlərinin mümkün tətbiqi Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək niyyətinə təsir etməyəcək. Bunu martın 27-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edərkən bildirib.
"Belə bir reaksiya, əlbəttə ki, Rusiyanın planlarına təsir edə bilməz. Prezident şənbə günü verdiyi müsahibədə hər şeyi izah edib. Buna əlavə ediləcək heç nə yoxdur", - deyə Kremlin sözçüsü bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva və Minsk Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi barədə razılığa gəliblər ki, bu da Rusiya liderinin qeyd etdiyi kimi, START müqaviləsi üzrə öhdəlikləri pozmur. Onun sözlərinə görə, Belarus lideri Aleksandr Lukaşenko bu cür silahların respublika ərazisində yerləşdirilməsi məsələsini çoxdan qaldırıb.
Xəbər lenti
0