https://sputnik.az/20230327/lavrov-cin-ve-hindistan-qerbe-komek-etmeyecek-453072313.html
Lavrov: Çin və Hindistan Qərbə kömək etməyəcək
Lavrov: Çin və Hindistan Qərbə kömək etməyəcək
Sputnik Azərbaycan
Nazir dünya ölkələrinin təxminən dörddə üçünün Rusiyaya qarşı sanksiyalara qoşulmadığını qanunauyğun adlandırıb. 27.03.2023, Sputnik Azərbaycan
2023-03-27T19:47+0400
2023-03-27T19:47+0400
2023-03-27T19:56+0400
lavrov
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
çin
hindistan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230685_0:160:3072:1888_1920x0_80_0_0_b03bac1b5d3e5107120b5084f41e0031.jpg
BAKI, 27 mart — Sputnik. Çin, Hindistan və Avrasiya qitəsinin, Yaxın Şərq, Asiya-Sakit okean bölgəsinin, eləcə də Afrika və Latın Amerikasının bir sıra digər ölkələri Qərb ölkələrinə hegemonluğu dünya aləmində saxlamağa kömək etmək niyyətində deyillər. Bunu martın 27-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Rusiya xarici işlər naziri bildirib ki, müasir dünya çoxqütblüdür və indiki şəraitdə öz milli maraqlarını qurban verirərək keçmiş metropoliyalar üçün "şabalıdları oddan çıxarmaq" istəyən az adam var. Nazir dünya ölkələrinin təxminən dörddə üçünün Rusiyaya qarşı sanksiyalara qoşulmadığını qanunauyğun adlandıraraq, bu dövlətlərin balanslı mövqe tutduqlarına diqqət çəkib. Onun sözlərinə görə, "Rusiya ilə əlaqəli hər şeyi ləğv etmək üçün çirkli kampaniyaya baxmayaraq" Moskvanın hələ də dünyanın bütün ölkələrində çoxlu dostları var. "KP.RU" saytı yazıb ki, Lavrov Qərb ölkələrinin Rusiyanı təcrid etmək cəhdlərinin uğursuz olduğunu da açıqlayıb. Onu da xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyadan sərt şəkildə təcrid etmək olmaz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230685_171:0:2902:2048_1920x0_80_0_0_8b08a0e31f30b2a89de6e79882d6d577.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, çin, hindistan
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, çin, hindistan
Lavrov: Çin və Hindistan Qərbə kömək etməyəcək
19:47 27.03.2023 (Yenilənib: 19:56 27.03.2023) Nazir dünya ölkələrinin təxminən dörddə üçünün Rusiyaya qarşı sanksiyalara qoşulmadığını qanunauyğun adlandırıb.
BAKI, 27 mart — Sputnik. Çin, Hindistan və Avrasiya qitəsinin, Yaxın Şərq, Asiya-Sakit okean bölgəsinin, eləcə də Afrika və Latın Amerikasının bir sıra digər ölkələri Qərb ölkələrinə hegemonluğu dünya aləmində saxlamağa kömək etmək niyyətində deyillər.
Bunu martın 27-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiya xarici işlər naziri bildirib ki, müasir dünya çoxqütblüdür və indiki şəraitdə öz milli maraqlarını qurban verirərək keçmiş metropoliyalar üçün "şabalıdları oddan çıxarmaq" istəyən az adam var.
Nazir dünya ölkələrinin təxminən dörddə üçünün Rusiyaya qarşı sanksiyalara qoşulmadığını qanunauyğun adlandıraraq, bu dövlətlərin balanslı mövqe tutduqlarına diqqət çəkib.
Onun sözlərinə görə, "Rusiya ilə əlaqəli hər şeyi ləğv etmək üçün çirkli kampaniyaya baxmayaraq" Moskvanın hələ də dünyanın bütün ölkələrində çoxlu dostları var.
"KP.RU" saytı yazıb ki, Lavrov Qərb ölkələrinin Rusiyanı təcrid etmək cəhdlərinin uğursuz olduğunu da açıqlayıb.
Onu da xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyadan sərt şəkildə təcrid etmək olmaz.