Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda piyada keçidləri niyə keçilməz olub - Foto+Video

© Sputnik / Zulfiyya GuluyevaBakıda piyada keçidi
Bakıda piyada keçidi - Sputnik Azərbaycan, 1920, 27.03.2023
Abunə olmaq
Sakinlər bildirib ki, piyada keçidinin eskalatoru işləmədiyindən, piyadalar həyatlarını təhlükəyə ataraq yoldan keçirlər.
BAKI, 27 mart — Sputnik. Piyada keçidlərinin inşası piyadaların təhlükəsizliyi baxımından vacib olsa da, paytaxtda əksər yerüstü keçidlərin eskalatorunun işləmir. Bu barədə Sputnik Azərbaycan-a Bakı sakinləri məlumat verib.
Gülər Cumayeva Sputnik Azərbaycan-a bildirib ki, Azadlıq prospekti 196 ünvanında yerləşən piyada keçidinin eskalatoru işləmədiyindən o, hər gün övladları ilə bu keçidin pilləkənlərini piyada qalxıb-düşür. Həmsöhbətimiz bildirib ki, keçiddə eskalator tez-tez xarab olur: "Bu keçidin eskalatoru gündə xarab olur. Uşaqlı insanlar, yaşlılar çox əziyyət çəkir. Şikayət edəndən üç-dörd ay sonra təmir edirlər. Amma bir həftə keçmir ki, eyni vəziyyət təkrarlanır".
Digər Bakı sakini Pirzadə Məmmədova da yerüstü piyada keçidinin eskalatorunun işləməməsinə bir növ adətkar olduğunu bildirib. Deyib ki, keçidin eskalatoru il ərzində bir ay ancaq işləyir: "İl ərzində bu keçidin eskalatoru üst-üstə bir ay ancaq işləyir. Yerdə qalan aylarda piyada qalxıb-düşürük. Ürəyim xəstədir. Amma məcburam bu pilləkənləri çətin də olsa qalxım".
Ərazidə olarkən sakinlər bildirib ki, piyada keçidinin eskalatoru işləmədiyindən, piyadalar həyatlarını təhlükəyə ataraq yoldan keçirlər.
Səbail meydanında yerləşən piyada keçidinin də eskalatoru işləmir. Sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, keçiddən istifadə etsələr də, eskalatorla yox, pilləkənlə enib-qalxırlar. Onlar ərazidəki yeraltı piyada keçidin eskalatorunun tez-tez xarab olduğunu söylədilər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Agentlik yaranmamışdan əvvəl yerüstü piyada keçidlərində eskalatorlar quraşdırılıb. Həmçinin eskalatorların yanında adi pilləkənlər qoyulmayıb. Onun sözlərinə görə, eskalatorların pilləkənləri hündürdür: "Həmin pilləkənlər piyadaların piyada qalxıb-düşməsi üçün nəzərdə tutulmayıb. Eskalatorla yanaşı, keçiddə pilləkən də qoyulsaydı, piyadalar bu qədər əziyyət çəkməzdilər".
© Sputnik / Zulfiyya GuluyevaBakıda piyada keçidi
Bakıda piyada keçidi - Sputnik Azərbaycan, 1920, 15.03.2023
Bakıda piyada keçidi
A.Nəcəfli onu da qeyd edib ki, son illər Agentlik tərəfindən inşa olunan keçidlərdə eskalatordan istifadə edilmir: "Panduslar, pilləkən və liftlərdən istifadə edilir ki, bu cür problemlər yaranmasın. Amma nasaz vəziyyətə düşən hansı eskalatorun təmiri mümkündürsə, dərhal təmir edilir, olmadıqda eskalatorun hissələri sifariş verilir. O gələnədək müəyyən vaxt çəkir".
A.Nəcəfli bildirdi ki, Azadlıq prospekti 196 ünvanındakı eskalatorun təmiri üçün hissələri xaricdən sifariş verilib. Gəldikdən sonra təmir ediləcək.
Qurum sözçüsü qeyd etdi ki, ümumilikdə Bakı şəhərində inşa olunan keçidlərdə 200 eskalator var: "Ötən il piyada keçidlərində 400, 2021 ci ildə 1300 təmir işi aparılıb".
Xəbər lenti
0