https://sputnik.az/20230326/putin-nato-nun-alyansin-qlobal-xarakteri-ile-bagli-beyanatlarini-serh-edib-453022037.html
Putin NATO-nun alyansın qlobal xarakteri ilə bağlı bəyanatlarını şərh edib
Putin NATO-nun alyansın qlobal xarakteri ilə bağlı bəyanatlarını şərh edib
Sputnik Azərbaycan
Rusiya prezidentinin fikrincə, NATO alyansın qlobal xarakterini bəyan etməklə, blokun strateji konsepsiyasını razılaşdırıb. 26.03.2023, Sputnik Azərbaycan
2023-03-26T12:29+0400
2023-03-26T12:29+0400
2023-03-26T12:49+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
nato
https://cdnn1.img.sputnik.az/img/07e7/03/14/452903829_0:0:2977:1674_1920x0_80_0_0_9ee3f77e6f6ff0ab2edbb1501b3bfe6c.jpg
BAKI, 26 mart - Sputnik. "NATO keçən il blokun yeni strateji konsepsiyasını razılaşdıraraq, alyansın qlobal xarakterini elan etdi - "axı bu, nə deməkdir?".Bu sözlərin Rusiya prezidenti Vladimir Putin “Rossiya 24” telekanalında jurnalist Pavel Zarubinə müsahibəsində deyib. "Ötən il NATO blokun inkişafı ilə bağlı yeni strateji konsepsiyanı razılaşdırıb və orada birbaşa yazılıb ki, NATO Asiya-Sakit okean regionu ölkələri ilə münasibətləri inkişaf etdirməyə hazırlaşır. Və bu ölkələr birbaşa siyahıya alınıb . Orada Yeni Zelandiya, Avstraliya, Cənubi Koreya və sair var... Və qlobal NATO yaradacaqlarını elan edirlər. Axı bu nə deməkdir?", - Putin bildirib. Rusiya prezidenti qeyd edib ki, Asiya-Sakit okean regionu ölkələrinin iştirakı ilə “qlobal NATO”nun yaradılması ideyası İkinci Dünya Müharibəsi zamanı hərbi blok "ox"unu xatırladır."ABŞ nə edir? Onlar getdikcə daha çox yeni ittifaqlar yaradırlar. Bu da Qərb analitiklərinə, Qərb politoloqlarına deməyə əsas verir ki, Qərb yeni "ox"lar qurur", - deyə Putin vurğulayıb.O qeyd edib ki, Şimali Atlantika alyansının yeni strateji konsepsiyası açıq şəkildə Asiya-Sakit okean regionu ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi planlarından və “qlobal NATO” yaratmaq niyyətindən bəhs edir. “Qərb analitiklərinin özləri - biz yox, onlar deyirlər ki, Qərb hələ 1930-cu illərdə Almaniya və İtaliyadakı faşist rejimlər və militarist Yaponiya tərəfindən yaradılmış "ox"а bənzər yeni "ox"u qurmağa başlayır”, - deyə Rusiya prezidenti əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/14/452903829_91:0:2820:2047_1920x0_80_0_0_9e49f3dcf75b8be0499b9584654c8706.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, nato
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, nato
Putin NATO-nun alyansın qlobal xarakteri ilə bağlı bəyanatlarını şərh edib
12:29 26.03.2023 (Yenilənib: 12:49 26.03.2023) Rusiya prezidentinin fikrincə, NATO alyansın qlobal xarakterini bəyan etməklə, blokun strateji konsepsiyasını razılaşdırıb.
BAKI, 26 mart - Sputnik. "NATO keçən il blokun yeni strateji konsepsiyasını razılaşdıraraq, alyansın qlobal xarakterini elan etdi - "axı bu, nə deməkdir?".
Bu sözlərin Rusiya prezidenti Vladimir Putin “Rossiya 24” telekanalında jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
"Ötən il NATO blokun inkişafı ilə bağlı yeni strateji konsepsiyanı razılaşdırıb və orada birbaşa yazılıb ki, NATO Asiya-Sakit okean regionu ölkələri ilə münasibətləri inkişaf etdirməyə hazırlaşır. Və bu ölkələr birbaşa siyahıya alınıb . Orada Yeni Zelandiya, Avstraliya, Cənubi Koreya və sair var... Və qlobal NATO yaradacaqlarını elan edirlər. Axı bu nə deməkdir?", - Putin bildirib.
Rusiya prezidenti qeyd edib ki, Asiya-Sakit okean regionu ölkələrinin iştirakı ilə “qlobal NATO”nun yaradılması ideyası İkinci Dünya Müharibəsi zamanı hərbi blok "ox"unu xatırladır.
"ABŞ nə edir? Onlar getdikcə daha çox yeni ittifaqlar yaradırlar. Bu da Qərb analitiklərinə, Qərb politoloqlarına deməyə əsas verir ki, Qərb yeni "ox"lar qurur", - deyə Putin vurğulayıb.
O qeyd edib ki, Şimali Atlantika alyansının yeni strateji konsepsiyası açıq şəkildə Asiya-Sakit okean regionu ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi planlarından və “qlobal NATO” yaratmaq niyyətindən bəhs edir.
“Qərb analitiklərinin özləri - biz yox, onlar deyirlər ki, Qərb hələ 1930-cu illərdə Almaniya və İtaliyadakı faşist rejimlər və militarist Yaponiya tərəfindən yaradılmış "ox"а bənzər yeni "ox"u qurmağa başlayır”, - deyə Rusiya prezidenti əlavə edib.