https://sputnik.az/20230326/ermenistanin-putinin-hebsi-qerarini-qanuni-saymasini-rusiyada-xeyanet-ve-tehqir-sayirlar-453028199.html
Ermənistanın Putinin həbsi qərarını qanuni saymasını Rusiyada xəyanət və təhqir sayırlar
Ermənistanın Putinin həbsi qərarını qanuni saymasını Rusiyada xəyanət və təhqir sayırlar
Sputnik Azərbaycan
Markov qeyd edib ki, Rusiya dəfələrlə Ermənistanı və erməni xalqını müxtəlif vəziyyətlərdə və müxtəlif dövrlərdə xilas edib. Ona görə də, Ermənistanın... 26.03.2023, Sputnik Azərbaycan
2023-03-26T20:02+0400
2023-03-26T20:02+0400
2023-03-26T20:02+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
ermənistan
sergey markov
beynəlxalq cinayət məhkəməsi
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/452003384_0:0:2860:1609_1920x0_80_0_0_c2d800b3db3fccb05475e83784c4c203.jpg
BAKI, 26 mart - Sputnik. Ermənistanın Konstitusiya Məhkəməsinin Haaqa Məhkəməsinin Vladimir Putinin həbsi barədə qərarını konstitusiyaya uyğun hesab etməsi Rusiyada etirazla qarşılanıb.Kremlin sözçüsü Dmitri Peskov təfərrüata varmadan Ermənistan hakimiyyətinin məlum qərarının rəsmi İrəvanla müzakirə ediləcəyini açıqlasa da, ekspertlər Ermənistanın bu addımını Rusiya üçün təhqiredici və xəyanət hesab edirlər.Sergey Markov: Bu, Ermənistanın Rusiyaya xəyanətinin göstəricisidirRusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov APA-ya bildirib ki, Ermənistanın Putin barəsində həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması Rusiya üçün çox təhqiredicidir: "Bu, o anlama gəlir ki, Ermənistan artıq Rusiyadan uzaqlaşmaqda çox dərinə gedib. Daha dəqiq desək, bu Ermənistanın Rusiyaya xəyanətinin göstəricisidir. Rusiya dəfələrlə Ermənistanı və erməni xalqını müxtəlif vəziyyətlərdə və müxtəlif dövrlərdə xilas edib. Ona görə də, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını tanıması birbaşa xəyanətdir", deyə rusiyalı politoloq vurğulayıb.Markovun sözlərinə görə, Rusiyada Ermənistanın bu qərarından çox qəzəbləniblər: "Əlbəttə ki, Rusiyadakı erməni lobbisi və bu lobbinin idarə etdiyi KİV Ermənistanın bu xəyanətinə susmağa, göz yummağa cəhd edir. Rəsmi Moskva Ermənistanın bu xəyanəti ilə bağlı hansı addımı atacaq, bunu demək hələ ki çətindir. Lakin aydındır ki, indi Vladimir Putin formal olaraq Ermənistana səfər etsə, orada həbs oluna bilər. Onun ötən səfəri zamanı Paşinyan anti-Putin mitinqi təşkil etmişdi. İndi isə o, Putini nə, həbs edəcək?! Əlbəttə ki, bu təkcə Ermənistanın xəyanətkar siyasəti deyil, həm də ağılsız siyasətidir. Ermənistanın bu qərarı səbəbindən Rusiya daha çox Azərbaycana tərəf hərəkət edəcək, Azərbaycanın istəklərinə daha çox anlayışla yanaşacaq. Bu isə, Bakının tezliklə və effektiv şəkildə bütün Qarabağ üzərində nəzarəti ələ keçirməsi ilə nəticələnəcək",-deyə rusiyalı ekspert yekunlaşdırıb.Rusiyaya Ermənistan kimi müttəfiq nəyə lazımdır?Rusiyalı siyasi ekspert Aleksey Naumov isə Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı qərarın Ermənistan diplomatiyasının komik vəziyyətdə olduğunu bir daha göstərdiyini söyləyib:"Ermənistan artıq növbəti dəfədir ki, Rusiyaya və onun prezidentinə qarşı hücumlar təşkil edir. Hansı ki, Ermənistanın dövlət kimi mövcudluğunun əsas zəmanətçisi məhz elə Rusiyadır. İndi Rusiya cəmiyyətində belə sual yaranır: Ümumiyyətlə, Rusiyaya Ermənistan kimi müttəfiq nəyə lazımdır? Rusiya müttəfiqi Ermənistandan ünvanına tənqidlər, iddialar və xahişlər eşidir. Hesab edirəm ki, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı qərarının Rusiyaya münasibətdə konkret, birbaşa nəticəsi olmayacaq. Çünki Ermənistan ərazisində Rusiya prezidentinin həbsi mümkün deyil. Lakin bu hadisə Rusiya vətəndaş cəmiyyətinə və siyasi isteblişmentinə Ermənistanla müttəfiqlik Rusiyaya nə verir və bu müttəfiqlik nəyə lazımdır sualı haqqında bir daha düşünmək üçün yaxşı imkan verir”, - deyə rusiyalı ekspert əlavə edib.İrəvan hələ Kremlin sorğusuna cavab verməyib Bu günlərdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Vladimir Putinin Ermənistana səfəri halında Beynəlxalq Cinayət Məhkəməsinin tələbi ilə mümkün həbsi ilə bağlı rəsmi İrəvanın mövqeyini aydınlaşdırıb-aydınlaşdırmaması ilə əlaqədar sualını cavablandırıb."Hələ yox. Biz bunu tərəfdaşlarımızla müzakirə edəcəyik", - deyə D.Peskov bildirib.Daha əvvəl Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu üzrə bütün öhdəliklərin respublikada əsas qanuna uyğun olaraq tanınması barədə qərarı oxuyub.Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə qərar verib Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.Bu barədə Haaqa məhkəməsinin saytında yerləşdirilmiş məlumatda bildirilib.Qeyd olunub ki, BCM Ukraynadakı müharibə kontekstində iki nəfərin - Rusiya Prezidenti Vladimir Putinin və Mariya Lvova-Belovanın həbsinə order verib.Əlavə edilib ki, Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-dən etibarən Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır.Məhkəmə, həmçinin analoji ittihamlarla Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.BMT-nin baş katibi Antonio Quterreş Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya liderinin həbsinə order verdikdən sonra Rusiya Prezidenti Vladimir Putinlə danışıqları davam etdirməyə hazır olduğunu bildirib. Bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.Əgər Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu üzrə bütün öhdəlikləri tanısa, ora ayaq basdığı anda Rusiya prezidentini həbs etməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/452003384_129:0:2860:2048_1920x0_80_0_0_2cd9b408d2afcbb449ac1480527058ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, ermənistan, sergey markov, beynəlxalq cinayət məhkəməsi
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, ermənistan, sergey markov, beynəlxalq cinayət məhkəməsi
Ermənistanın Putinin həbsi qərarını qanuni saymasını Rusiyada xəyanət və təhqir sayırlar
Markov qeyd edib ki, Rusiya dəfələrlə Ermənistanı və erməni xalqını müxtəlif vəziyyətlərdə və müxtəlif dövrlərdə xilas edib. Ona görə də, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını tanıması birbaşa xəyanətdir.
BAKI, 26 mart - Sputnik. Ermənistanın Konstitusiya Məhkəməsinin Haaqa Məhkəməsinin Vladimir Putinin həbsi barədə qərarını konstitusiyaya uyğun hesab etməsi Rusiyada etirazla qarşılanıb.
Kremlin sözçüsü Dmitri Peskov təfərrüata varmadan Ermənistan hakimiyyətinin məlum qərarının rəsmi İrəvanla müzakirə ediləcəyini açıqlasa da, ekspertlər Ermənistanın bu addımını Rusiya üçün təhqiredici və xəyanət hesab edirlər.
Sergey Markov: Bu, Ermənistanın Rusiyaya xəyanətinin göstəricisidir
Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov APA-ya bildirib ki, Ermənistanın Putin barəsində həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması Rusiya üçün çox təhqiredicidir:
"Bu, o anlama gəlir ki, Ermənistan artıq Rusiyadan uzaqlaşmaqda çox dərinə gedib. Daha dəqiq desək, bu Ermənistanın Rusiyaya xəyanətinin göstəricisidir. Rusiya dəfələrlə Ermənistanı və erməni xalqını müxtəlif vəziyyətlərdə və müxtəlif dövrlərdə xilas edib. Ona görə də, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını tanıması birbaşa xəyanətdir", deyə rusiyalı politoloq vurğulayıb.
Markovun sözlərinə görə, Rusiyada Ermənistanın bu qərarından çox qəzəbləniblər:
"Əlbəttə ki, Rusiyadakı erməni lobbisi və bu lobbinin idarə etdiyi KİV Ermənistanın bu xəyanətinə susmağa, göz yummağa cəhd edir. Rəsmi Moskva Ermənistanın bu xəyanəti ilə bağlı hansı addımı atacaq, bunu demək hələ ki çətindir. Lakin aydındır ki, indi Vladimir Putin formal olaraq Ermənistana səfər etsə, orada həbs oluna bilər. Onun ötən səfəri zamanı Paşinyan anti-Putin mitinqi təşkil etmişdi. İndi isə o, Putini nə, həbs edəcək?! Əlbəttə ki, bu təkcə Ermənistanın xəyanətkar siyasəti deyil, həm də ağılsız siyasətidir. Ermənistanın bu qərarı səbəbindən Rusiya daha çox Azərbaycana tərəf hərəkət edəcək, Azərbaycanın istəklərinə daha çox anlayışla yanaşacaq. Bu isə, Bakının tezliklə və effektiv şəkildə bütün Qarabağ üzərində nəzarəti ələ keçirməsi ilə nəticələnəcək",-deyə rusiyalı ekspert yekunlaşdırıb.
Rusiyaya Ermənistan kimi müttəfiq nəyə lazımdır?
Rusiyalı siyasi ekspert Aleksey Naumov isə Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı qərarın Ermənistan diplomatiyasının komik vəziyyətdə olduğunu bir daha göstərdiyini söyləyib:
"Ermənistan artıq növbəti dəfədir ki, Rusiyaya və onun prezidentinə qarşı hücumlar təşkil edir. Hansı ki, Ermənistanın dövlət kimi mövcudluğunun əsas zəmanətçisi məhz elə Rusiyadır. İndi Rusiya cəmiyyətində belə sual yaranır: Ümumiyyətlə, Rusiyaya Ermənistan kimi müttəfiq nəyə lazımdır? Rusiya müttəfiqi Ermənistandan ünvanına tənqidlər, iddialar və xahişlər eşidir. Hesab edirəm ki, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı qərarının Rusiyaya münasibətdə konkret, birbaşa nəticəsi olmayacaq. Çünki Ermənistan ərazisində Rusiya prezidentinin həbsi mümkün deyil. Lakin bu hadisə Rusiya vətəndaş cəmiyyətinə və siyasi isteblişmentinə Ermənistanla müttəfiqlik Rusiyaya nə verir və bu müttəfiqlik nəyə lazımdır sualı haqqında bir daha düşünmək üçün yaxşı imkan verir”, - deyə rusiyalı ekspert əlavə edib.
İrəvan hələ Kremlin sorğusuna cavab verməyib
Bu günlərdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Vladimir Putinin Ermənistana səfəri halında Beynəlxalq Cinayət Məhkəməsinin tələbi ilə mümkün həbsi ilə bağlı rəsmi İrəvanın mövqeyini aydınlaşdırıb-aydınlaşdırmaması ilə əlaqədar sualını cavablandırıb.
"Hələ yox. Biz bunu tərəfdaşlarımızla müzakirə edəcəyik", - deyə D.Peskov bildirib.
Daha əvvəl Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu üzrə bütün öhdəliklərin respublikada əsas qanuna uyğun olaraq tanınması barədə qərarı oxuyub.
Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə qərar verib
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.
Bu barədə Haaqa məhkəməsinin saytında yerləşdirilmiş məlumatda bildirilib.
Qeyd olunub ki, BCM Ukraynadakı müharibə kontekstində iki nəfərin - Rusiya Prezidenti Vladimir Putinin və Mariya Lvova-Belovanın həbsinə order verib.
Əlavə edilib ki, Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-dən etibarən Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır.
Məhkəmə, həmçinin analoji ittihamlarla Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.
BMT-nin baş katibi Antonio Quterreş Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya liderinin həbsinə order verdikdən sonra Rusiya Prezidenti Vladimir Putinlə danışıqları davam etdirməyə hazır olduğunu bildirib. Bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.
Əgər Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu üzrə bütün öhdəlikləri tanısa, ora ayaq basdığı anda Rusiya prezidentini həbs etməlidir.