https://sputnik.az/20230325/xhe-basladiqdan-sonra-rusiya-cemiyyetinin-amorflugu-problemi-hell-olunub---medvedev-453001040.html
XHƏ başladıqdan sonra Rusiya cəmiyyətinin amorfluğu problemi həll olunub - Medvedev
XHƏ başladıqdan sonra Rusiya cəmiyyətinin amorfluğu problemi həll olunub - Medvedev
Sputnik Azərbaycan
Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, hüquqi baxımdan harada yaşamaq seçiminə görə insanları qınamaq olmaz. 25.03.2023, Sputnik Azərbaycan
2023-03-25T12:24+0400
2023-03-25T12:24+0400
2023-03-25T13:51+0400
rusiya
dmitri medvedev
rusiya
cəmiyyət
xüsusi hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426108630_0:0:2943:1655_1920x0_80_0_0_63c451d0075439fc4dfc0e8007409e3c.jpg
BAKI, 25 mart - Sputnik. Ukraynada hərbi xüsusi əməliyyatın (XHƏ) başlamasından sonra Rusiya cəmiyyətinin amorfluğu problemi həll olunub. Belə bir açıqlama ilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev aparıcı Rusiya KİV-lərinə, o cümlədən RİA Novosti-yə uzun müsahibəsində çıxış edib.Onun sözlərinə görə, insanlar başa düşürlər ki, onlar vətənlərini müdafiə etməlidirlər.Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, çətin anda ölkənizi tərk etmək əxlaqsızlıqdır:"Amma gedən rusiyalılar, o cümlədən hərbi əməliyyatın başlaması ilə, “sakit otururlarsa”, oturmaq və ya qayıtmaq onların haqqıdır".Bundan əvvəl Medvedev bəyan etmişdi ki, “satqınların” Rusiyaya qayıtması onların yalnız ictimai şəkildə peşimanlığını etiraf etməsi, amnistiya və ya əfv olunması halında mümkündür.Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.Bunun üçün onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426108630_0:0:2729:2047_1920x0_80_0_0_fad26ef3bc7df57b8d4f62353cca7184.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dmitri medvedev, rusiya, cəmiyyət, xüsusi hərbi əməliyyat
dmitri medvedev, rusiya, cəmiyyət, xüsusi hərbi əməliyyat
XHƏ başladıqdan sonra Rusiya cəmiyyətinin amorfluğu problemi həll olunub - Medvedev
12:24 25.03.2023 (Yenilənib: 13:51 25.03.2023) Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, hüquqi baxımdan harada yaşamaq seçiminə görə insanları qınamaq olmaz.
BAKI, 25 mart - Sputnik. Ukraynada hərbi xüsusi əməliyyatın (XHƏ) başlamasından sonra Rusiya cəmiyyətinin amorfluğu problemi həll olunub. Belə bir açıqlama ilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev aparıcı Rusiya KİV-lərinə, o cümlədən RİA Novosti-yə uzun müsahibəsində çıxış edib.
Onun sözlərinə görə, insanlar başa düşürlər ki, onlar vətənlərini müdafiə etməlidirlər.
“Bilirsiniz, bizim cəmiyyətimiz amorf idi. 90-cı illərdəkindən qat-qat çiçəklənib. Ancaq bu amorfluq son vaxtlar, o cümlədən istehlakçıların həyat səviyyəsinin artması ilə əlaqədar olaraq, insanların hansı tərəfdə olduqlarına qərar vermək məcburiyyətində qalmadıqları zaman yaranıb. Onlar öz ölkələrinin müdafiəsinə qalxmağa, onu müdafiə etməyə hazırdırlar, ya yox? Bu da problem idi. Hal-hazırda, mənim fikrimcə, həll olunur... Cəmiyyətin, ictimai maraqların strukturlaşması baş verib, insanlar başa düşürlər ki, vətənlərini müdafiə etməlidirlər. Bu çox vacibdir", - deyə Medvedev bildirib.
Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, çətin anda ölkənizi tərk etmək əxlaqsızlıqdır:
"Amma gedən rusiyalılar, o cümlədən hərbi əməliyyatın başlaması ilə, “sakit otururlarsa”, oturmaq və ya qayıtmaq onların haqqıdır".
Bundan əvvəl Medvedev bəyan etmişdi ki, “satqınların” Rusiyaya qayıtması onların yalnız ictimai şəkildə peşimanlığını etiraf etməsi, amnistiya və ya əfv olunması halında mümkündür.
“Mən burada mövqeyimi dəyişməmişəm. Getmək istədilər, getdilər. Əgər onlar sakit otursalar - oturmaq və ya qayıtmaq hüququdur. Bu, hər bir insanın şəxsi seçimidir. Sonda bu seçim üçün belə, sadəcə olaraq, harada yaşamaq seçimidirsə, hüquqi baxımdan qınamaq olmaz. Mənəvi olaraq, olar. Bu doğrudur. Çətin anda ölkəni tərk etmək əxlaqsızlıqdır”, - deyə Medvedev vurğulayıb.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.
Bunun üçün onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.