https://sputnik.az/20230325/ukrayna-beynelxalq-legionunun-cemi-1500-uzvu-var---kv---453003278.html
Ukrayna Beynəlxalq Legionunun cəmi 1500 üzvü var - KİV
Ukrayna Beynəlxalq Legionunun cəmi 1500 üzvü var - KİV
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynaya 60-dan çox dövlətdən 8000-dən çox muzdlu əsgərin gəldiyini bildirmişdi. 25.03.2023, Sputnik Azərbaycan
2023-03-25T13:51+0400
2023-03-25T13:51+0400
2023-03-25T13:51+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
xüsusi hərbi əməliyyat
legioner
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452214981_0:161:3071:1888_1920x0_80_0_0_c99e424799a24f7beead6f4145d53c1d.jpg
BAKI, 25 mart - Sputnik. Ukrayna Beynəlxalq Legionunun hazırda təxminən 1,5 min üzvü var. Bu barədə New York Times öz mənbələrinə istinadən məlumat yayıb.Qeyd edək ki, əvvəllər Kiyev Ukraynada 20 min muzdlunun olduğunu elan etmişdi.Qəzet həmçinin Legionun daxili sənədlərinə istinadən bildiri ki, hazırda legiona insanların cəlb olunmasında durğunluq yaşanır.Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukraynaya 60-dan çox dövlətdən 8000-dən çox muzdlu əsgər gəlib, Kiyev rejiminə bu cür dəstək Qərb ölkələrinin Ukraynada baş verənlərdə iştirakını artırır.Ukraynada nə baş verirRusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.Bunun üçün onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452214981_170:0:2901:2048_1920x0_80_0_0_cc344926f9742a969999fa677cae20b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, xüsusi hərbi əməliyyat, legioner
ukrayna, xüsusi hərbi əməliyyat, legioner
Ukrayna Beynəlxalq Legionunun cəmi 1500 üzvü var - KİV
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynaya 60-dan çox dövlətdən 8000-dən çox muzdlu əsgərin gəldiyini bildirmişdi.
BAKI, 25 mart - Sputnik. Ukrayna Beynəlxalq Legionunun hazırda təxminən 1,5 min üzvü var. Bu barədə New York Times öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edək ki, əvvəllər Kiyev Ukraynada 20 min muzdlunun olduğunu elan etmişdi.
“Ukrayna rəsmiləri əvvəlcə 20.000 potensial könüllü ilə öyünürdülər, lakin faktiki olaraq, onlardan xeyli az sayda könüllü cəlb edildi. Hazırda təşkilatın 1,5 minə yaxın üzvü var”, - deyə nəşr yazır.
Qəzet həmçinin Legionun daxili sənədlərinə istinadən bildiri ki, hazırda legiona insanların cəlb olunmasında durğunluq yaşanır.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukraynaya 60-dan çox dövlətdən 8000-dən çox muzdlu əsgər gəlib, Kiyev rejiminə bu cür dəstək Qərb ölkələrinin Ukraynada baş verənlərdə iştirakını artırır.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.
Bunun üçün onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.