Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada 149 peşə alternativ xidmət üçün təsdiqlənib

© REUTERS / Mohammad Ismail Мужчина готовит печенье для праздника Куран-байрам в Кабуле, Афганистан
Мужчина готовит печенье для праздника Куран-байрам в Кабуле, Афганистан - Sputnik Azərbaycan, 1920, 25.03.2023
Abunə olmaq
Nazirlik hər il müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını alternativ peşə ilə əvəz edə bilən peşə sahiblərinin siyahılarını tərtib edir.
BAKI, 25 mart - Sputnik. 2023-cü il üçün alternativ mülki xidmət peşələrinin siyahısı Rusiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilib.
Rusiya KİV-lərinin yaydığı məlumata görə, Əmək Nazirliyinin siyahısında 149 bənd var - 64 işçi peşəsi və 85 işçi vəzifəsi. Nazirlik hər il müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını alternativ peşə ilə əvəz edə bilən peşələrin siyahılarını tərtib edir. Bu siyahı Müdafiə Nazirliyinə göndərilir.
Siyahı bu il işçi ixtisasları da daxil olmaqla 25 peşə ilə tamamlanıb. Onların arasında kuklaçı, dayə, çörəkbişirən, tikişçi, sağıcı, maldar, avtoqreyder sürücüsü kimi peşələr də var. İşçilərin siyahısına daha 22 peşə sahibi də əlavə edilib. Hərbi xidmətdən yayına biləcək peşə sahibləri arasında indi məlumatların mühafizəsi üzrə mütəxəssis, kimyaçı və qaynaq mühəndisi də var.
Siyahıda istisnalar da mövcuddur. 2023-cü ildə alternativ mülki xidmətdə kuryerlər, qarderobçular, şüşə təmizləyənlər, poçtalyonlar, istilik şəbəkəsi avadanlıqlarının təmiri üzrə işçilər, abadlıq işçiləri və ayaqqabı ustaları (ayaqqabı təmiri üzrə mütəxəssislər) istisna edilib. Ümumilikdə yeddi işçi ixtisası və 15 işçi vəzifəsi siyahıdan çıxarılıb. Artistlər və müşayiətçilər, peşə təhsili müəssisələrinin tərbiyəçiləri, mikrobioloqlar, laborantlar və kardiorevmatoloqlar işçilərin siyahısından çıxarılıb.
Müdafiə Nazirliyi alternativ xidmət üzrə ixtisasların siyahısını aldıqdan sonra müddətli həqiqi hərbi xidmətin alternativi ilə əvəz edilə bilən vətəndaşların sayı barədə məlumat verir. Bundan sonra Rostrud alternativ işçilərin dövlət qulluğuna göndərilə biləcəyi işləri seçir.
Bundan əvvəl isə Rusiyada çağırış yaşı dəyişdirilib. Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov bildirib ki, 2023-cü ilin yazında Rusiyada minimum çağırış yaşının 21, maksimumun isə 30 olacağı yeni çağırış yaşı sisteminə keçid başlaya bilər.
Xəbər lenti
0