Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Federasiya Şurası binanın işıqlarını söndürməklə “Planetə kömək” kampaniyasına qoşulacaq

© Sputnik / Мария ДевахинаFederasiya Şurasının binası, arxiv şəkli
Federasiya Şurasının binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.03.2023
Abunə olmaq
Elektrik enerjisinə qənaət etmək təşəbbüsü Rusiyanın bir sıra ekoloji və ictimai təşkilatları tərəfindən irəli sürülüb.
BAKI, 25 mart - Sputnik. Şənbə günü rusiyalı ekoloqlarının "Planetə kömək" aksiyasına qoşularaq Rusiya Federasiya Şurasının binasının işıqlandırmasını müvəqqəti olaraq söndürüləcək. Bu barədə parlament palatasının mətbuat xidməti məlumat yayıb.
"Federasiya Şurası bu gün, martın 25-də keçiriləcək "Planetə kömək” kampaniyasına qoşulacaq. Moskva vaxtı ilə saat 20.30-dan 21.30-a qədər parlamentin yuxarı palatasının binalarının xarici işıqlandırması söndürüləcək", - deyə məlumatda bildirilir.
Federasiya Şurasının mətbuat xidmətindən bildirilib ki, elektrik enerjisinə qənaət etmək təşəbbüsü Rusiyanın bir sıra ekoloji və ictimai təşkilatları, o cümələdən Ümumrusiya Təbiəti Mühafizə CəmiyyətiRusiya Ekoloji Hərəkatı tərəfindən irəli sürülüb.
Onlar vətəndaşları, dövlət və özəl şirkətləri, federal və regional hakimiyyət orqanlarını 25 mart saat 20:30-da bir saatlıq enerji istehlakını azaltmağa çağırıblar.
Sənəddə qeyd edilir ki, Federasiya Şurası Nevski Beynəlxalq Ekoloji Konqresinin təşkilatçılarından biri kimi resursların qorunmasına məsuliyyətli yanaşmanın və təbiətə diqqətli olmağın populyarlaşdırılmasına yönəlmiş layihələri fəal dəstəkləyir.
Daha əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kreml bu il martın 25-də keçiriləcək “Yer saatı” tədbirində iştirakdan imtina etmək qərarına gəlib.
Buna səbəb aksiyanın təşkilatçısı olan Ümumdünya Təbiət Fondunun (WWF) xarici agentlər reyestrinə daxil edilməsidir.
© Sputnik / Pavel Bednyakov  / Mediabanka keçidKremlə açılan mənzərə, arxiv şəkli
Военнослужащие на Москворецкой набережной в Москве  - Sputnik Azərbaycan, 1920, 25.03.2023
Kremlə açılan mənzərə, arxiv şəkli
Rusiya Federasiyası Prezidenti Administrasiyasının mətbuat katibi Yelena Krılova RİA Novosti-yə bildirib ki, “Yer saatı” zamanı Rusiya Federasiyası Prezidentinin administrasiyasının tabeliyində olan hakimiyyət orqanlarının binalarında elektrik enerjisi kəsilməyəcək və işıqlar söndürülməyəcək.
WWF-nin Rusiya (xarici agent) mətbuat xidməti bu il “Yer saatı” tədbirinin martın 25-də yerli vaxtla saat 20.30-dan 21.30-a kimi baş tutacağını bildirib.
Ənənəvi olaraq, Yer Saatı zamanı bütün dünyada iştirakçılar ətraf mühit problemlərinə diqqəti cəlb etmək üçün simvolik olaraq işıqları və məişət cihazlarını söndürürlər. Rusiyada aksiya ilk dəfə 2009-cu ildə keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0