Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğan və Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər

© Sputnik / Александр ДемьянчукTürkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 25.03.2023
Abunə olmaq
Söhbət zamanı Türkiyə ilə Rusiya arasında münasibətlərin inkişafı istiqamətində atılan addımlar da müzakirə olunub.
BAKI, 25 mart - Sputnik. Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib ƏrdoğanVladimir Putin telefonla Ukraynadakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər. Bu barədə RİA Novosti Türkiyə liderinin ofisinə istinadən məlumat yayıb.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı Türkiyə ilə Rusiya arasında münasibətlərin inkişafı istiqamətində atılan addımlar, Rusiya-Ukrayna müharibəsi ilə bağlı baş verənlər müzakirə edilib”, - deyə Türkiyə liderinin ofisi bildirib.

Bildirilir ki, danışıqlar zamanı prezident Ərdoğan Qara Dəniz Taxıl Təşəbbüsünün genişləndirilməsinə müsbət münasibətinə görə prezident Putinə təşəkkür edib.

"Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasındakı münaqişənin danışıqlar yolu ilə tez bir zamanda dayandırılmasının vacibliyini vurğulayıb"

Danışıqlar zamanı həmçinin Ərdoğanın “Ankara və Moskvanın Soçidə (Ərdoğanın səfəri zamanı – red.) razılaşdırılmış iqtisadi əməkdaşlıq əsasında yeni addımlar ata biləcəyini” ifadə etdiyi vurğulanır.
Rusiya 2022-ci il fevralın 24-dən Ukraynada hərbi xüsusi əməliyyat keçirir. Rusiya prezidenti Vladimir Putin onun vəzifəsini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.
Prezidentin sözlərinə görə, əməliyyatın son məqsədi Donbasın azad edilməsi və Rusiyanın təhlükəsizliyinə zəmanət verən şəraitin yaradılmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0