https://sputnik.az/20230324/lavrov-ukraynadaki-veziyyet-qerbin-oz-dominantligini-temin-etmek-cehdleri-ile-baglidir-452987435.html
Lavrov: Ukraynadakı vəziyyət Qərbin öz dominantlığını təmin etmək cəhdləri ilə bağlıdır
Lavrov: Ukraynadakı vəziyyət Qərbin öz dominantlığını təmin etmək cəhdləri ilə bağlıdır
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun məqaləsi "Razvedçik" ictimai-siyasi jurnalında dərc olunub. 24.03.2023, Sputnik Azərbaycan
2023-03-24T17:28+0400
2023-03-24T17:28+0400
2023-03-24T17:28+0400
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
qərb
məqalə
jurnal
ukrayna
vəziyyət
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230729_0:0:3072:1728_1920x0_80_0_0_9ae5c6f51b3d2fd509d87a3531baea5e.jpg
BAKI, 24 mart - Sputnik. Ukraynada və onun ətrafındakı vəziyyət Qərb ölkələrinin dünya hökmranlığını təmin etmək cəhdləri ilə bağlı genişmiqyaslı toqquşmanın təzahürlərindən sadəcə biridir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Razvedçik” ictimai-siyasi jurnalında dərc olunmuş məqaləsində deyilir.“Ən pis müstəmləkəçilik ənənələri ilə hərəkət edən amerikalılar və onların əlaltıları dünyanı “demokratiya” və “avtoritar rejimlər”ə bölməyə çalışırlar”, - məqalədə qeyd edilir.Lavrov yazır: “Əgər hər şeyi öz adı ilə çağırsaq, o zaman qərbdəkilər insanları hansısa “eksklüzivliyə” malik olan seçilmişlər və “qızıl milyard”ın maraqlarına uyğun hərəkət etməyə borclu olanlara bölünürlər”.Onun fikrincə, müasir beynəlxalq inkişafın əsas tendensiyası çoxqütblülüyün güclənməsidir.O, Avrasiya, Asiya-Sakit okean regionu, Yaxın Şərq, Afrika, Latın Amerikasında yeni dünya mərkəzlərinin “müxtəlif sahələrdə - müstəqillik, dövlət suverenliyi və mədəni-sivilizasiya kimliyinə əsaslanaraq təsir edici uğurlara imza atdığını” vurğulayıb."Beləliklə, onlar xalqların öz müqəddəratını təyin etmək üçün təbii, ayrılmaz hüququnu, daxili siyasi və sosial-iqtisadi inkişaf modellərini əks etdirən yeni, daha sabit, ədalətli, demokratik, çoxmərkəzli dünya nizamının formalaşmasına obyektiv töhfə verirlər", - Lavrov yazıb.Məqalədə qeyd olunur ki, Qərbdə bəzi siyasətçilər bunu etiraf etməyə başlayırlar, lakin “düzgün nəticələr praktiki əməllərə, xarici siyasət fəlsəfəsinin beynəlxalq hüquq və bərabər və bölünməz təhlükəsizlik prinsipləri əsasında yenidən qurulmasına çevrilmir”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230729_171:0:2902:2048_1920x0_80_0_0_e43c667a2e872d1c8bd46cbf1912b6df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, qərb, məqalə, jurnal, ukrayna, vəziyyət
sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, qərb, məqalə, jurnal, ukrayna, vəziyyət
Lavrov: Ukraynadakı vəziyyət Qərbin öz dominantlığını təmin etmək cəhdləri ilə bağlıdır
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun məqaləsi "Razvedçik" ictimai-siyasi jurnalında dərc olunub.
BAKI, 24 mart - Sputnik. Ukraynada və onun ətrafındakı vəziyyət Qərb ölkələrinin dünya hökmranlığını təmin etmək cəhdləri ilə bağlı genişmiqyaslı toqquşmanın təzahürlərindən sadəcə biridir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Razvedçik” ictimai-siyasi jurnalında dərc olunmuş məqaləsində deyilir.
“Ən pis müstəmləkəçilik ənənələri ilə hərəkət edən amerikalılar və onların əlaltıları dünyanı “demokratiya” və “avtoritar rejimlər”ə bölməyə çalışırlar”, - məqalədə qeyd edilir.
Lavrov yazır: “Əgər hər şeyi öz adı ilə çağırsaq, o zaman qərbdəkilər insanları hansısa “eksklüzivliyə” malik olan seçilmişlər və “qızıl milyard”ın maraqlarına uyğun hərəkət etməyə borclu olanlara bölünürlər”.
Onun fikrincə, müasir beynəlxalq inkişafın əsas tendensiyası çoxqütblülüyün güclənməsidir.
O, Avrasiya, Asiya-Sakit okean regionu, Yaxın Şərq, Afrika, Latın Amerikasında yeni dünya mərkəzlərinin “müxtəlif sahələrdə - müstəqillik, dövlət suverenliyi və mədəni-sivilizasiya kimliyinə əsaslanaraq təsir edici uğurlara imza atdığını” vurğulayıb.
"Beləliklə, onlar xalqların öz müqəddəratını təyin etmək üçün təbii, ayrılmaz hüququnu, daxili siyasi və sosial-iqtisadi inkişaf modellərini əks etdirən yeni, daha sabit, ədalətli, demokratik, çoxmərkəzli dünya nizamının formalaşmasına obyektiv töhfə verirlər", - Lavrov yazıb.
Məqalədə qeyd olunur ki, Qərbdə bəzi siyasətçilər bunu etiraf etməyə başlayırlar, lakin “düzgün nəticələr praktiki əməllərə, xarici siyasət fəlsəfəsinin beynəlxalq hüquq və bərabər və bölünməz təhlükəsizlik prinsipləri əsasında yenidən qurulmasına çevrilmir”.