https://sputnik.az/20230324/kremlin-sozcusu-ermenistanda-putinin-hebs-edilmesi-tehlukesini-serh-edib-452990420.html
Kremlin sözçüsü Ermənistanda Putinin həbs edilməsi təhlükəsini şərh edib
Kremlin sözçüsü Ermənistanda Putinin həbs edilməsi təhlükəsini şərh edib
Sputnik Azərbaycan
Dmitri Peskov Rusiya liderinin Ermənistana səfər edərkən Beynəlxalq Cinayət Məhkəməsinin tələbi əsasında mümkün həbsi ilə bağlı rəsmi İrəvanın mövqeyinə dair... 24.03.2023, Sputnik Azərbaycan
2023-03-24T20:56+0400
2023-03-24T20:56+0400
2023-03-24T20:56+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
peskov
vladimir putinin köməkçisi dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452170688_0:0:3071:1728_1920x0_80_0_0_bf9675e7f0f8544e7465952a80d5c421.jpg
BAKI, 24 mart - Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Vladimir Putinin Ermənistana səfəri halında Beynəlxalq Cinayət Məhkəməsinin tələbi ilə mümkün həbsi ilə bağlı rəsmi İrəvanın mövqeyini aydınlaşdırıb-aydınlaşdırmaması ilə əlaqədar sualını cavablandırıb.Bu barədə "Moskovski Komsomolets" məlumat yayıb. "Hələ yox. Biz bunu tərəfdaşlarımızla müzakirə edəcəyik", - deyə D.Peskov bildirib.Daha əvvəl Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu üzrə bütün öhdəliklərin respublikada əsas qanuna uyğun olaraq tanınması barədə qərarı oxuyub. Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.Bu barədə Haaqa məhkəməsinin saytında yerləşdirilmiş məlumatda bildirilib.Qeyd olunub ki, BCM Ukraynadakı müharibə kontekstində iki nəfərin - Rusiya Prezidenti Vladimir Putinin və Mariya Lvova-Belovanın həbsinə order verib.Əlavə edilib ki, Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-dən etibarən Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır.Məhkəmə, həmçinin analoji ittihamlarla Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.BMT-nin baş katibi Antonio Quterreş Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya liderinin həbsinə order verdikdən sonra Rusiya Prezidenti Vladimir Putinlə danışıqları davam etdirməyə hazır olduğunu bildirib. Bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.Əgər Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu üzrə bütün öhdəlikləri tanısa, ora ayaq basdığı anda Rusiya prezidentini həbs etməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452170688_265:0:2996:2048_1920x0_80_0_0_fb479a00c90b3b6e54cb01600bbeb353.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, peskov, vladimir putinin köməkçisi dmitri peskov
putin, rusiya prezidenti vladimir putin, peskov, vladimir putinin köməkçisi dmitri peskov
Kremlin sözçüsü Ermənistanda Putinin həbs edilməsi təhlükəsini şərh edib
Dmitri Peskov Rusiya liderinin Ermənistana səfər edərkən Beynəlxalq Cinayət Məhkəməsinin tələbi əsasında mümkün həbsi ilə bağlı rəsmi İrəvanın mövqeyinə dair sualı cavablandırıb.
BAKI, 24 mart - Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Vladimir Putinin Ermənistana səfəri halında Beynəlxalq Cinayət Məhkəməsinin tələbi ilə mümkün həbsi ilə bağlı rəsmi İrəvanın mövqeyini aydınlaşdırıb-aydınlaşdırmaması ilə əlaqədar sualını cavablandırıb.
Bu barədə "Moskovski Komsomolets" məlumat yayıb.
"Hələ yox. Biz bunu tərəfdaşlarımızla müzakirə edəcəyik", - deyə D.Peskov bildirib.
Daha əvvəl Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu üzrə bütün öhdəliklərin respublikada əsas qanuna uyğun olaraq tanınması barədə qərarı oxuyub.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.
Bu barədə Haaqa məhkəməsinin saytında yerləşdirilmiş məlumatda bildirilib.
Qeyd olunub ki, BCM Ukraynadakı müharibə kontekstində iki nəfərin - Rusiya Prezidenti Vladimir Putinin və Mariya Lvova-Belovanın həbsinə order verib.
Əlavə edilib ki, Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-dən etibarən Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır.
Məhkəmə, həmçinin analoji ittihamlarla Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.
BMT-nin baş katibi Antonio Quterreş Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya liderinin həbsinə order verdikdən sonra Rusiya Prezidenti Vladimir Putinlə danışıqları davam etdirməyə hazır olduğunu bildirib. Bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.
Əgər Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu üzrə bütün öhdəlikləri tanısa, ora ayaq basdığı anda Rusiya prezidentini həbs etməlidir.