Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Medvedev: Putini həbs etmək Rusiyaya qarşı müharibə elan etməkdir

© Sputnik / Екатерина Штукина / Mediabanka keçidRusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev  - Sputnik Azərbaycan, 1920, 23.03.2023
Abunə olmaq
Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev Almaniyaya qarşı sərt bəyanatla çıxış edib.
BAKI, 23 mart - Sputnik. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin barəsində çıxardığı həbs orderi ilə bağlı məhkəmənin qərarını tanıyan ölkələr tərəfindən icra olunması ehtimalına münasibət bildirib.
APA xəbər verir ki, Medvedev bu qərarın icra olunmasının Rusiyaya qarşı müharibə etmək elanı anlamı daşıdığını söyləyib:
“Almaniyanın ədliyyə naziri deyir ki, əgər Vladimir Putin Almaniyaya gəlsə, biz onu həbs edəcəyik. O, guya hüquqşünasdır. Heç anlayırmı ki, nə deyir?! Anlaşılandır ki, bu heç vaxt reallaşmayacaq. Amma yenə də… Təsəvvür edək ki, reallaşıb. Nüvə nəhənginin fəaliyyətdə olan dövlət başçısı Almaniya ərazisinə gəlib və həbs olunub. Bu nə deməkdir? Bu, Rusiya Federasiyasına qarşı müharibə elan etmək deməkdir. Belə olan halda, bizim bütün vasitələrimiz, raketlərimiz Bundestaqa, kanslerin ofisinə uçacaq. O, başa düşürmü ki, bu “casus belli”dir, müharibə elanıdır, ya da o, pis oxuyub?!”, deyə rusiyalı siyasətçi vurğulayıb.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini Valeri Gerasimov və Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.03.2023
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Putin Rostov-Donda Gerasimovla görüşüb
Xəbər lenti
0