Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukraynada uranlı sursatlardan istifadə eskalasiyanın daha da artması deməkdir - Lavrov

© Sputnik / Murad OrujovRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 22.03.2023
Abunə olmaq
Böyük Britaniya müdafiə nazirinin müavini Annabel Qoldi bildirib ki, London Ukraynaya zəiflədilmiş uranlı sursat təhvil verəcək.
BAKI, 22 mart - Sputnik. Ukraynada zəiflədilmiş uranlı sursatların istifadəsi kənd təsərrüfatına zərbə vuracaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Bundan əvvəl Böyük Britaniya müdafiə nazirinin müavini Annabel Qoldi bildirmişdi ki, London Ukraynaya zəiflədilmiş uranlı sursat təhvil verəcək.

"Zəiflədilmiş uranlı döyüş sursatlarının istifadəsi Ukraynanın yüksək keyfiyyətli, çirklənməmiş qida istehsal etmək qabiliyyətini tamamilə azaldacaq", - deyə Rusiya XİN rəhbəri Eritreya xarici işlər naziri ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Böyük Britaniyanın Kiyevə zəiflədilmiş uranlı mərmilərini mümkün tədarükü vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməsinə doğru bir addımdır.

“Bu, eskalasiyanın daha da artmasına və ciddi surətdə artıma, keyfiyyətcə yüksəldilməsinə doğru bir addımdır”.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
 Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 22.03.2023
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Kollektiv Qərb Ukraynanı sona qədər məhv etmək niyyətindədir - Zaxarova
Xəbər lenti
0