Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qızıl Meydandakı paradda 10 mindən çox insan iştirak edəcək - Şoyqu

© Sputnik / Алексей Майшев / Mediabanka keçidBöyük Vətən Müharibəsində Qələbənin ildönümünə həsr olunmuş hərbi parad, arxiv şəkli
Böyük Vətən Müharibəsində Qələbənin ildönümünə həsr olunmuş hərbi parad, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.03.2023
Abunə olmaq
Müdafiə naziri bildirib ki, xüsusi hərbi əməliyyatın gedişində Rusiya hərbçiləri Böyük Vətən Müharibəsi illərində Qızıl Ordunun nümayiş etdirdiyi kimi qəhrəmanlıqlar göstərirlər.
BAKI, 22 mart - Sputnik. Moskvanın Qızıl Meydanında Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümü şərəfinə keçiriləcək paradda 10 mindən çox insanın iştirak edəcəyi, 125 ədəd texnikadan istifadə edilməsi planlaşdırılır. Bunu çərşənbə günü Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“Biz Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş Qızıl Meydanda keçiriləcək hərbi parada hazırlıq məsələsinə baxmağa başlayacağıq. Burada 10 mindən çox insan, o cümlədən 125 silah və hərbi texnika iştirak edəcək", - deyə Şoyqu RF Müdafiə Nazirliyinin kollegiyasının iclasında bildirib.

O əlavə edib ki, 2023-cü ildə Rusiyanın 28 şəhərində hərbi paradlar keçiriləcək və ümumilikdə onlara 55 mindən çox insan, 1,2 minə yaxın silah və hərbi texnika cəlb olunacaq.

“Xalqımız keçmişin ibrət dərslərini yaxşı xatırlayır, bilir ki, biz ancaq birləşməklə düşmənə qalib gələ, evimizi, övladlarımızı, ölkəmizi qoruya bilərik. Təəssüf ki, indi biz nasizmin fəlakətli ideologiyasının dirçəlişini, tarixi yenidən yazmaq cəhdlərini, əlləri dinc əhalinin qanı olan cinayətkarlara haqq qazandırmaq cəhdlərini görürük”, - deyə nazir əlavə edib.

Onun sözlərinə görə, xüsusi hərbi əməliyyatın gedişində Rusiya hərbçiləri Böyük Vətən Müharibəsi illərində Qızıl Ordunun nümayiş etdirdiyi kimi qəhrəmanlıqlar göstərir, cəsarətli və qətiyyətlə hərəkət edirlər.
Şoyqu bunu nəsillərin davamlılığının, qəhrəmanlıq ənənələrinə sədaqətinin və mülki insanları neonasistlərdən qorumaq istəyinin sübutu adlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0