Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Putin və Si Cinpin Ukraynanın sülh planını müzakirə etməyiblər - Peskov

© Sputnik / Valeriy Sharifulin / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 22.03.2023
Abunə olmaq
Rusiya prezidentinin fikrincə, Çin sülh planının bir çox bəndləri Qərbdə və Kiyevdə buna hazır olduqda, nizamlanma üçün əsas götürülə bilər.
BAKI, 22 mart - Sputnik. Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə Ukrayna sülh planını müzakirə etməyib, Çinin təşəbbüsü ilə bağlı fikir mübadiləsi aparılıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl KİV Ukrayna prezidenti Vladimir Zelenskinin Çinin Kiyevin təklif etdiyi sülh planına cavab verməməsindən təəssüfləndiyini yazıb.
“Reuters”in məlumatına görə, Yaponiyanın baş naziri Fumio Kişida ilə birgə mətbuat konfransı zamanı Zelenski bildirib ki, Çin hakimiyyəti ona Kiyev sülh planına qoşulmaq təklifinə cavab verməyib.

“Xeyr, Ukraynanın sülh planı müzakirə olunmayıb, Çinin sülh planında yer alan müddəalar ətrafında fikir mübadiləsi aparılıb. Bu barədə prezident Putin özü danışıb”, - deyə Peskov jurnalistlərə Rusiya və Çin liderləri arasında keçirilən danışıqlarda Ukraynanın sülh planının müzakirə edilib-edilməməsi ilə bağlı sualı cavablandırıb.

Onun sözlərinə görə, bu məsələ daha çox “Çin və Ukrayna arasında ikitərəfli münasibətlərə aiddir”.
Zelenski G20 sammitində 10 bənddən ibarət “sülh planı” irəli sürüb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Kiyev rejiminin BMT-nin ərazisində “sülh sammiti” keçirmək təşəbbüsü Vaşinqtonun piarıdır.
Çin hakimiyyəti fevral ayında öz sülh planını təklif edib. O, atəşkəs çağırışları, təhlükəsizlik sahəsində bütün ölkələrin qanuni maraqlarına hörmət, Ukraynada humanitar böhranın nizamlanması daxil olmaqla 12 bənddən ibarətdir.
Rusiya prezidenti Vladimir Putinin fikrincə, Çin sülh planının bir çox bəndləri Qərbdə və Kiyevdə buna hazır olduqda, nizamlanma üçün əsas götürülə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0