Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Novruz bayramı Moskva vilayətində qeyd olunub

© Photo : State Committee for Work with the Diaspora of AzerbaijanMoskva vilayətində Novruz bayramı münasibətilə tədbir baş tutub
Moskva vilayətində Novruz bayramı münasibətilə tədbir baş tutub - Sputnik Azərbaycan, 1920, 22.03.2023
Abunə olmaq
Qonaqlara Azərbaycan və tatar milli-mədəni muxtariyyətləri üzvlərinin hazırladıqları Novruz şirniyyatları paylanılıb, uşaqlar üçün əyləncəli oyunlar keçirilib.
BAKI, 22 mart - Sputnik. Rusiyanın Moskva vilayətinin Puşkin şəhər dairəsində ilk dəfə olaraq “Moskva vilayətində Novruz” mövzusunda millətlərarası bahar bayramı keçirilib.
Bu barədə report-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
© Photo : State Committee for Work with the Diaspora of AzerbaijanMoskva vilayətində Novruz bayramı münasibətilə tədbir baş tutub
Moskva vilayətində Novruz bayramı münasibətilə tədbir baş tutub - Sputnik Azərbaycan, 1920, 22.03.2023
Moskva vilayətində Novruz bayramı münasibətilə tədbir baş tutub
Bayram tədbiri Dostluq Evi Millətlər Şurasının həmsədri, “Moskva azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti” ictimai təşkilatının Puşkin bölməsinin sədri Mahir Miriyev, Dostluq Evi Millətlər Şurasının həmsədri, "Atamanın ruhu" Kazak Yaradıcılıq Birliyi Şurasının sədri Yelena Ssas, Puşkin şəhər dairəsinin yerli tatar milli-mədəni muxtariyyətinin sədri Dinara Akçurina və “Stroitel” Mərkəzi Mədəniyyət Evinin milli-mədəni qarşılıqlı əlaqə sektorunun müdiri Tatyana Klyuçnikovanın birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Moskva vilayətinin rəsmi şəxsləri, vilayət Dumasının deputatları, Azərbaycan diasporunun, müxtəlif icmaların, yerli vətəndaş çəmiyyətinin nümayəndələri, Puşkin şəhər dairəsinin sakinləri, Moskva şəhərindən və Moskva vilayətlərindən gələn qonaqlar iştirak ediblər.
© Photo : State Committee for Work with the Diaspora of AzerbaijanMoskva vilayətində Novruz bayramı münasibətilə tədbir baş tutub
Moskva vilayətində Novruz bayramı münasibətilə tədbir baş tutub - Sputnik Azərbaycan, 1920, 22.03.2023
Moskva vilayətində Novruz bayramı münasibətilə tədbir baş tutub
Qonaqlar arasında “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov, sədr müavini Həşim Əliyev, “Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Elşən İbrahimov, “Moskva vilayətinin Ruza rayonu üzrə Azərbaycan milli-mədəni muxtariyyəti” yerli ictimai təşkilatının sədri Sahib Musayev və başqaları olub.
Çıxış edənlər Novruz bayramının tarixindən, adət-ənənələrindən danışıblar, bayram münasibətilə soydaşlarımızı təbrik edib, xoş arzularını bildiriblər.
© Photo : State Committee for Work with the Diaspora of AzerbaijanMoskva vilayətində Novruz bayramı münasibətilə tədbir baş tutub
Moskva vilayətində Novruz bayramı münasibətilə tədbir baş tutub - Sputnik Azərbaycan, 1920, 22.03.2023
Moskva vilayətində Novruz bayramı münasibətilə tədbir baş tutub
Qonaqlara Azərbaycan və tatar milli-mədəni muxtariyyətləri üzvlərinin hazırladıqları Novruz şirniyyatları paylanılıb, uşaqlar üçün əyləncəli oyunlar keçirilib.
Tədbirin bədii hissəsində müxtəlif yaradıcılıq kollektivlərinin, o cümlədən “Qarabağ” instrumental rəqs ansamblının ifasında rəngarəng konsert proqramı təqdim edilib.
Xəbər lenti
0