Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

BCM prokurorunun hərəkətində günahsızların məsuliyyətə cəlb edilməsi əlamətləri var - İK

© Sputnik / Максим БлиновRusiya İstintaq Komitəsi
Rusiya İstintaq Komitəsi - Sputnik Azərbaycan, 1920, 20.03.2023
Abunə olmaq
BCM-nin məhkəməyə qədərki palatası martın 17-də Rusiya Federasiyasının prezidentinin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın “həbs edilməsi” üçün order verib.
BAKI, 20 mart - Sputnik. Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun hərəkətlərində təqsirsiz olduğu məlum olan şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi maddəsi üzrə cinayətlərin əlamətləri var. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin teleqram kanalında deyilir.
“Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun hərəkətlərində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 299-cu maddəsinin 2-ci hissəsi, 30-cu maddəsinin 1-ci hissəsi, 360-cı maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş cinayətlərin əlamətləri var - ağır və ya xüsusilə ağır cinayət törətməkdə şəxsin qanunsuz ittihamı ilə birlikdə bilə-bilə təqsirsiz şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq münasibətləri çətinləşdirmək məqsədilə xarici dövlətin beynəlxalq müdafiədən istifadə edən nümayəndəsinə hücuma hazırlaşmaq", - məlumatda bildirilir.
Əlavə edilir ki, BCM hakimlərinin hərəkətlərində “beynəlxalq münasibətləri çətinləşdirmək məqsədilə bilərəkdən qanunsuz həbs, habelə beynəlxalq müdafiədən istifadə edən xarici dövlətin nümayəndəsinə hücuma hazırlıq” əlamətləri var.
Rusiyanın yurisdiksiyasını tanımadığı BCM-nin məhkəməyə qədərki palatası martın 17-də Rusiya Federasiyasının prezidentinin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın “həbs edilməsi” üçün order verib.
RF Federasiya Şurasının Konstitusiya Komitəsinin rəhbəri Andrey Klişas bildirib ki, bu sərəncamın heç bir hüquqi əsası və nəticəsi yoxdur və belə absurd qərardan sonra BCM özünü ləğv etmək yoluna düşüb.
Xəbər lenti
0