Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Prezidenti Mariupola səfər edib

© Sputnik / Александр ВильфRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.03.2023
Abunə olmaq
Vladimir Putin şəhərin bəzi obyektlərinə baş çəkib, yerli sakinlərlə söhbət edib.
BAKI, 19 mart - Sputnik. Rusiya prezidenti Vladimir Putin Mariupola işgüzar səfər edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya lideri şəhərin bəzi obyektlərinə baş çəkib, yerli sakinlərlə söhbət edib. Onun Mariupola helikopterlə uçduğu bildirilir.
Prezident özü sükan arxasında oturaraq avtomobillə, vaxtaşırı dayanaraq, şəhərin bir neçə rayonunu gəzib.
Rusiya Baş nazirin müavini Marat Xüsnullin şəhərdə və onun ətrafında aparılan tikinti-bərpa işlərinin gedişi barədə dövlətimizin başçısına ətraflı məlumat verib.

“Söhbət xüsusilə yeni yaşayış mikrorayonlarının, sosial və təhsil obyektlərinin, mənzil-kommunal infrastrukturunun, tibb müəssisələrinin tikintisindən gedib”, - deyə Kremlin mətbuat xidmətində qeyd edilib.

Şəhərin Nevski mikrorayonunda Prezident şəhərin yerli sakinləri ilə söhbət edib. Ailələrdən birinin dəvəti ilə Putin onların evinə də baş çəkib.
Kremlin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı Mariupolun yaxta klubunun ərazisindəki sahil zolağı, teatr binası, şəhərin xatirə yerləri ilə də tanış olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0