https://sputnik.az/20230319/moskva-revanla-baki-arasinda-sulhun-elde-olunmasina-her-cur-komek-etmeye-hazirdir---xn--452879524.html
Moskva İrəvanla Bakı arasında sülhə hər cür kömək etməyə hazırdır - Rusiya XİN
Moskva İrəvanla Bakı arasında sülhə hər cür kömək etməyə hazırdır - Rusiya XİN
Sputnik Azərbaycan
Üçtərəfli İşçi Qrupu çərçivəsində dəmir yolu və avtomobil kommunikasiyalarının qurulmasına imkan verəcək, həmçinin dəmir yolu əlaqələrinin qurulmasına... 19.03.2023, Sputnik Azərbaycan
2023-03-19T17:28+0400
2023-03-19T17:28+0400
2023-03-19T17:49+0400
rusiya
rusiya
ermənistan
xin
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852690_0:129:3184:1920_1920x0_80_0_0_cedfac8f2c71e2e8ad6d163eee6dc47c.jpg
BAKI, 19 mart - Sputnik. Rusiya tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına yönəlmiş vətəndaş cəmiyyəti, parlamentarilər və ekspert dairələri arasında qarşılıqlı fəaliyyəti dəstəkləməkdə davam edəcək. Bu barədə Rusiya XİN-in ölkənin xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında gözlənilən danışıqları barədə məlumatında deyilir.Martın 20-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Moskvaya işgüzar səfərə gedəcək Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar olacaq. Görüş əsnasında ümumi inteqrasiya birliklərində - MDB, Aİİ və KTMT-də əməkdaşlığın gücləndirilməsi perspektivləri, həmçinin müxtəlif universal beynəlxalq platformalarda, ilk növbədə, BMT-də fəaliyyətlərin əlaqələndirilməsi nəzərdən keçiriləcək:Bildirilir ki, Rusiyanın səylərinin ən mühüm istiqaməti regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasıdır:Qeyd olnur ki, Rusiya Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın işinin davam etdirilməsinin tərəfdardır.Rusiya XİN-in məlumatında vurğulanır ki, Moskva regional sabitliyin maraqları naminə bu son dərəcə mühüm prosesə hər cür kömək etməyə hazırdır:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852690_227:0:2958:2048_1920x0_80_0_0_ae0bf8bc487086404fd53086db5cb892.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, ermənistan, xin, azərbaycan
rusiya, ermənistan, xin, azərbaycan
Moskva İrəvanla Bakı arasında sülhə hər cür kömək etməyə hazırdır - Rusiya XİN
17:28 19.03.2023 (Yenilənib: 17:49 19.03.2023) Üçtərəfli İşçi Qrupu çərçivəsində dəmir yolu və avtomobil kommunikasiyalarının qurulmasına imkan verəcək, həmçinin dəmir yolu əlaqələrinin qurulmasına, iqtisadi əlaqələrin bərpasına kömək edəcək layihələrin razılaşdırıldığı bildirilir.
BAKI, 19 mart - Sputnik. Rusiya tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına yönəlmiş vətəndaş cəmiyyəti, parlamentarilər və ekspert dairələri arasında qarşılıqlı fəaliyyəti dəstəkləməkdə davam edəcək. Bu barədə Rusiya XİN-in ölkənin xarici işlər naziri
Sergey Lavrov və Ermənistanın xarici işlər naziri
Ararat Mirzoyan arasında gözlənilən danışıqları barədə
məlumatında deyilir.
Martın 20-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Moskvaya işgüzar səfərə gedəcək Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar olacaq.
“Xarici işlər orqanlarının rəhbərləri Rusiya, Ermənistan və Azərbaycan arasında 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların icrası prizmasından regional gündəliyə toxunacaqlar”, - deyə məlumatda bildirilir.
Görüş əsnasında ümumi inteqrasiya birliklərində - MDB, Aİİ və KTMT-də əməkdaşlığın gücləndirilməsi perspektivləri, həmçinin müxtəlif universal beynəlxalq platformalarda, ilk növbədə, BMT-də fəaliyyətlərin əlaqələndirilməsi nəzərdən keçiriləcək:
"Rusiyanın Cənubi Qafqazda xarici siyasətinin prioritetlərindən biri 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli yüksək səviyyəli üçtərəfli sazişlərə uyğun olaraq Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etməkdir. Biz onların həyata keçirilməsini regionda sülhün və sabitliyin təmin edilməsi, Bakı ilə İrəvan arasında etimadın və tam əməkdaşlığın bərpası üçün əsas şərt hesab edirik”.
Bildirilir ki, Rusiyanın səylərinin ən mühüm istiqaməti regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasıdır:
“Ermənistan və Azərbaycandan olan tərəfdaşlar ilə birlikdə baş nazirin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində dəmir yolu və avtomobil kommunikasiyalarının qurulmasına, həmçinin dəmir yolu əlaqələrinin qurulmasına töhfə verəcək iqtisadi əlaqələrin bərpasına yardım edəcək konkret infrastruktur layihələri paketi razılaşdırılır”.
Qeyd olnur ki, Rusiya Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın işinin davam etdirilməsinin tərəfdardır.
“Delimitasiya prosesinin başlanması sərhəd insidentlərinin dayandırılmasına kömək etmək məqsədi daşıyır. Rusiya tərəflərin xahişi ilə lazımi məsləhətçi yardımı göstərəcək. İrəvanla Bakı arasında sülh müqaviləsinin hazırlanması münasibətlərin əsas prinsiplərinin möhkəmləndirilməsi, uzunmüddətli perspektivdə qarşılıqlı faydalı əməkdaşlığın əsaslarının qoyulması məqsədi daşıyır”, - deyə məlumatda bildirilir.
Rusiya XİN-in məlumatında vurğulanır ki, Moskva regional sabitliyin maraqları naminə bu son dərəcə mühüm prosesə hər cür kömək etməyə hazırdır:
"Biz qarşıdan gələn danışıqları etimadlı dialoqu saxlamaq və müttəfiqlik əlaqələrinin bütün spektrini qurmaq üçün birgə işin davamı kimi qiymətləndiririk. Qərb dövlətlərinin dövlətlərimizi mübahisələndirmək və regionda qurulan təhlükəsizlik arxitekturasını sarsıtmaq üçün həyasız cəhdləri fonunda onlara böyük əhəmiyyət veririk”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.