https://sputnik.az/20230319/a-ukraynaya-sursat-tedaruk-etmekde-cetinlik-cekir-452875125.html
Aİ Ukraynaya sursat tədarük etməkdə çətinlik çəkir
Aİ Ukraynaya sursat tədarük etməkdə çətinlik çəkir
Sputnik Azərbaycan
Alman rəsmisi nəşrə bildirib ki, Avropada əsas problem müdafiə sənayesində istehsalın genişmiqyaslı silahlı münaqişədə lazım olan səviyyədə qurulmasının... 19.03.2023, Sputnik Azərbaycan
2023-03-19T16:01+0400
2023-03-19T16:01+0400
2023-03-19T16:01+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
hərbi
sursat
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e7/01/11/450736754_0:160:3072:1888_1920x0_80_0_0_ce4fd60463dde7229678a43dc008f36f.jpg
BAKI, 19 mart - Sputnik. Barıt, plastik partlayıcı maddələr və trotil çatışmazlığı Avropa İttifaqının (Aİ) Ukraynanı stabil əsasda sursatla təmin etməsinə mane olur. Bu barədə "Financial Times" məmurlara və bazar iştirakçılarına istinadən məlumat yayıb. Alman rəsmisi nəşrə bildirib ki, Avropada əsas problem müdafiə sənayesində istehsalın genişmiqyaslı silahlı münaqişədə lazım olan səviyyədə qurulmasının mümkünsüz olmasıdır. Çexiya Müdafiə və Təhlükəsizlik Sənayesi Assosiasiyasının sədri Yirji Xinekin sözlərinə görə, xüsusilə xammal çatışmazlığı şəraitində artilleriya sursatlarının istehsalını qısa müddətdə artırmaq çox çətindir.O, bildirib ki, lazım olan xammalın böyük istehsalçıları yoxdur. Onun fikrincə, barıt istehsalını artırmaq üçün təxminən üç il vaxt lazımdır. Çexiyanın 155 mm-lik sursat istehsalçısı "Explosia" şirkətinin sözçüsü "FT"yə bildirib ki, şirkətin fabrikləri hazırda tam gücü ilə işləyir və ən tez zamanda 2026-cı ilə qədər istehsalı artırmaq mümkün deyil. 155 mm-lik sursat istehsal edən "FMG" şirkətinin baş direktoru Antonio Karo nəşrə bildirib ki, partlayıcı maddələrin çatışmazlığı onların qiymətinin iki, bəzi hallarda isə üç dəfə artmasına səbəb olub. Xammalın qiymətinin qalxması sursatın qiymətinin artmasına səbəb olub. Onun sözlərinə görə, indi adi mərmi 850 avroya başa gəlir ki, bu da Ukraynada münaqişə başlayana qədərki qiymətdən 20% bahadır. Bu gün səhər saatlarında, martın 19-da Ukrayna Almaniya, Danimarka, Kanada, Fransa və Estoniyadan silah-sursat da daxil olmaqla yeni hərbi yardım paketləri alacağını elan edib.Martın 8-də Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Aİ ölkələrinin müdafiə nazirləri Ukraynaya Avropa anbarlarında qalan ehtiyatlardan dərhal artilleriya sursatının verilməsinin zəruriliyi barədə razılığa gəliblər.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya ötən ilin fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə səbəb olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/11/450736754_171:0:2902:2048_1920x0_80_0_0_d0a86461486125965d737f027e2079fc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ukrayna, hərbi, sursat, avropa ittifaqı
ukrayna, hərbi, sursat, avropa ittifaqı
Aİ Ukraynaya sursat tədarük etməkdə çətinlik çəkir
Alman rəsmisi nəşrə bildirib ki, Avropada əsas problem müdafiə sənayesində istehsalın genişmiqyaslı silahlı münaqişədə lazım olan səviyyədə qurulmasının mümkünsüz olmasıdır.
BAKI, 19 mart - Sputnik. Barıt, plastik partlayıcı maddələr və trotil çatışmazlığı Avropa İttifaqının (Aİ) Ukraynanı stabil əsasda sursatla təmin etməsinə mane olur. Bu barədə "Financial Times" məmurlara və bazar iştirakçılarına istinadən məlumat yayıb.
Alman rəsmisi nəşrə bildirib ki, Avropada əsas problem müdafiə sənayesində istehsalın genişmiqyaslı silahlı münaqişədə lazım olan səviyyədə qurulmasının mümkünsüz olmasıdır.
Çexiya Müdafiə və Təhlükəsizlik Sənayesi Assosiasiyasının sədri Yirji Xinekin sözlərinə görə, xüsusilə xammal çatışmazlığı şəraitində artilleriya sursatlarının istehsalını qısa müddətdə artırmaq çox çətindir.
O, bildirib ki, lazım olan xammalın böyük istehsalçıları yoxdur. Onun fikrincə, barıt istehsalını artırmaq üçün təxminən üç il vaxt lazımdır.
Çexiyanın 155 mm-lik sursat istehsalçısı "Explosia" şirkətinin sözçüsü "FT"yə bildirib ki, şirkətin fabrikləri hazırda tam gücü ilə işləyir və ən tez zamanda 2026-cı ilə qədər istehsalı artırmaq mümkün deyil.
155 mm-lik sursat istehsal edən "FMG" şirkətinin baş direktoru Antonio Karo nəşrə bildirib ki, partlayıcı maddələrin çatışmazlığı onların qiymətinin iki, bəzi hallarda isə üç dəfə artmasına səbəb olub. Xammalın qiymətinin qalxması sursatın qiymətinin artmasına səbəb olub. Onun sözlərinə görə, indi adi mərmi 850 avroya başa gəlir ki, bu da Ukraynada münaqişə başlayana qədərki qiymətdən 20% bahadır.
Bu gün səhər saatlarında, martın 19-da Ukrayna Almaniya, Danimarka, Kanada, Fransa və Estoniyadan silah-sursat da daxil olmaqla yeni hərbi yardım paketləri alacağını elan edib.
Martın 8-də Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Aİ ölkələrinin müdafiə nazirləri Ukraynaya Avropa anbarlarında qalan ehtiyatlardan dərhal artilleriya sursatının verilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Xatırladaq ki, Rusiya ötən ilin fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə səbəb olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.