Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

RF XİN “Şimal axınları”ndakı təxribatın təhqiqatı ilə bağlı Danimarkadan cavab gözləyir

© Photo : Danish DefenceМесто утечки на газопроводе Северный поток — 2
Место утечки на газопроводе Северный поток — 2 - Sputnik Azərbaycan, 1920, 18.03.2023
Abunə olmaq
Rusiya XİN Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussenin Rusiya tərəfinə “Şimal axını 1” və “Şimal axını 2”də təxribatın təhqiqatında iştirakına icazə verməkdən imtinanı ehtiva edən bəyanatına diqqət çəkib.
BAKI, 18 mart - Sputnik. Danimarka tərəfinin "Şimal axını"na xələl gətirən təxribatı birgə araşdırmaqdan imtina etməsinə baxmayaraq, Rusiya Xarici İşlər Nazirliyi Kopenhagendən əvvəllər verilən suallara cavab axtarmağa davam edəcək, yalnız Rusiya nümayəndələrinin iştirakı ilə aparılan beynəlxalq araşdırma təxribatın səbəbləri və sifarişçiləri haqqında etibarlı məlumatlar təqdim edə bilər. Bu barədə RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Rusiya XİN Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussenin Rusiya tərəfinə “Şimal axını 1” və “Şimal axını 2”də təxribatın təhqiqatında iştirakına icazə verməkdən imtinanı ehtiva edən bəyanatına diqqət çəkib.
"Danimarka tərəfinin təxribatı birgə araşdırmaqdan imtina etməsinə baxmayaraq, Rusiya Xarici İşlər Nazirliyi əvvəllər verilən suallara Kopenhagendən cavab axtarmağa davam edəcək. "Başını quma soxmaqla" bu məsələ uğur qazanmayacaq", - qurumun saytında yerləşdirilən məlumatda deyir.
O, vurğulayıb ki, Danimarka hakimiyyəti bu günə qədər Rusiya tərəfinin çoxsaylı müraciətlərinin heç birinə “heç bir başa düşülən cavab və ya araşdırmanın hər hansı nəticəsi barədə məlumat verməyib”.
Zaxarovanın sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi ondan irəli gəlir ki, “yalnız Rusiya nümayəndələrinin məcburi iştirakı ilə hərtərəfli və açıq beynəlxalq təhqiqat ictimaiyyətə təxribatın səbəbləri, günahkarları və sifarişçiləri haqqında etibarlı və obyektiv məlumatlar təqdim edə bilər”.
Xəbər lenti
0