Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Çin, Rusiya, və İran Oman körfəzində hərbi dəniz təlimləri keçirib

© Министерство обороны РФ / Mediabanka keçidRusiya hərbi gəmisi
Rusiya hərbi gəmisi - Sputnik Azərbaycan, 1920, 18.03.2023
Abunə olmaq
Təlim iştirakçıları təyin olunmuş ərazidə hərbi gəmilərdən ibarət millətlərarası dəstənin formalaşdırılması, müxtəlif birləşmələrdə birgə taktiki manevrlər və döyüş əmrləri işləyiblər.
BAKI, 18 mart - Sputnik. Çin, Rusiya, və İranın Oman körfəzində keçirdiyi hərbi dəniz təlimləri başa çatıb.
Təlimlərə martın 15-də start verilib.
Martın 17-dək olan müddətdə təlim iştirakçıları təyin olunmuş ərazidə hərbi gəmilərdən ibarət millətlərarası dəstənin formalaşdırılması, müxtəlif birləşmələrdə birgə taktiki manevrlər və döyüş əmrləri işləyiblər. Dənizçilər gündüzlər dəniz hədəflərinə, gecələr isə hava hədəflərinə artilleriya atəşi həyata keçiriblər. Onlar həmçinin əsir götürülmüş gəmini girovlarla birlikdə azad etmək və dənizdə qəza vəziyyətində olan gəmiyə yardım göstərmək üçün məşq edirdilər.
Təlimdə Rusiyanı "Sovet İttifaqı donanmasının admiralı Qorşkov" freqatı və orta dəniz tankeri “Kama”dan ibarət Şimal Donanmasının gəmilər dəstəsi təmsil edib. Çin Hərbi Dəniz Qüvvələrindən “Nankinq” esminesi, İran Hərbi Dəniz Qüvvələrindən – “Səhənd” və “Cəmaran” freqatları, “Bayandor” korveti, “Tondar” raket kateri, “Zereh” kiçik raket gəmisi, “Sirzhan” təchizat gəmisi və “Şəhid Nazeri” nəqliyyat gəmisi iştirak edib.
Xəbər lenti
0