Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

“Bakı Metropoliteni” bu gün baş vermiş insident barədə

© Photo : Baku Metro Closed Joint-Stock CompanyGətirilmiş dördüncü yeni qatar da xəttə verilib
Gətirilmiş dördüncü yeni qatar da xəttə verilib - Sputnik Azərbaycan, 1920, 18.03.2023
Abunə olmaq
“Bakı Metropoliteni”: Bugünkü insident zamanı azyaşlı sərnişin xəsarət almayıb
BAKI, 18 mart - Sputnik. "Sosial şəbəkələrdə Bakı metropoliteninin "Nərimanov" stansiyası ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Bildiririk ki, stansiyada qatarın qapısı bağlanarkən, bir uşağın əlinin vaqon qapısı arasında qaldığından valideyn anidən həyəcanlanaraq, təşviş içində köməyə çağırıb".
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən bildirilib.
“Dərhal metropoliten əməkdaşları və polis işçiləri sərnişinə kömək göstərib. Hadisə nəticəsində azyaşlı sərnişinin xəsarət almadığı müəyyən olunub.
Valideyn hər hansısa digər köməkdən və təcili tibbi yardım xidmətinin dəvət olunmasından imtina edərək, yoluna davam edib. Valideynin təşviş içində olması digər sərnişinlərə də sirayət edib. Dərhal ciddi problemin və təşvişə əsasların olmaması sərnişinlərin diqqətinə çatdırılıb.
Bildiririk ki, hadisə nəticəsində sərnişinlərin hərəkət təhlükəsizliyi, o cümlədən qatarların hərəkət qrafiki ilə bağlı ciddi problem yaranmayıb.
Bir daha xatırladırıq ki, metropolitendən istifadə edərkən, ələlxüsus qatara minib-düşərkən azyaşlı sərnişinlərin diqqətdə saxlanması, onlara nəzarət olunması unudulmamalıdır”, - QSC-dən əlavə olunub.
Xəbər lenti
0