https://sputnik.az/20230317/volodin-dunya-olkelerine-dollardan-imtinani-tovsiye-edib-452815313.html
Volodin dünya ölkələrinə dollardan imtinanı tövsiyə edib
Volodin dünya ölkələrinə dollardan imtinanı tövsiyə edib
Sputnik Azərbaycan
RF Dumasının spikeri xatırladıb ki, ABŞ-ın təminatsız dollar buraxması son 40 ildə rekord inflyasiyaya səbəb olub. 17.03.2023, Sputnik Azərbaycan
2023-03-17T22:00+0400
2023-03-17T22:00+0400
2023-03-17T22:00+0400
vyaçeslav volodin
rusiya
dollar
abş dolları
amerika
https://cdnn1.img.sputnik.az/img/40769/69/407696991_0:0:3034:1708_1920x0_80_0_0_1ec4e12bea292dd632c42b82fe29af1b.jpg
BAKI, 17 mart — Sputnik. Dünya ölkələri qarşıdan gələn qlobal maliyyə böhranından qorunmaq üçün öz iqtisadiyyatlarının de-dollarizasiyasını həyata keçirməlidirlər. Bunu Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib. Onun sözlərinə görə, böhranın yaranmasına Amerika hakimiyyətinin iqtisadi sahədə səhvləri səbəb olub. Volodin qeyd edib ki, ABŞ-ın təminatsız dollar buraxması son 40 ildə rekord inflyasiyaya səbəb olub. Bununla mübarizə məqsədi ilə aparılan əsas faiz artımı kreditlərə xidmət göstərməyi qeyri-mümkün edib ki, bu da 2008-ci ildən bəri ən böyük bank iflasına səbəb olub. Dövlət Dumasının spikeri ABŞ-da maliyyə problemlərinin artacağını və onların ölkə hüdudlarından kənara yayılacağını proqnozlaşdırıb. Onun fikrincə, böhrandan ən çox zərəri diqqətini yalnız Amerikanın maliyyə sisteminə yönəldənlər və ona uyğun hərəkət edənlər çəkəcək. "Böhrandan qorunmağın yeganə yolu ölkələrin iqtisadiyyatlarının deadollarizasiyasıdır" - deyə siyasətçi özünün "Telegram" kanalında yazıb. Daha əvvəl "Goldman Sachs" ABŞ-ın bank sektorundakı vəziyyətin nəticələrinə görə növbəti il ərzində ABŞ-da tənəzzülün başlanacağını 35% ehtimalla proqnozlaşdırmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40769/69/407696991_303:0:3034:2048_1920x0_80_0_0_e573c6b50b6945ce1cfa2bd31af39d87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
vyaçeslav volodin, dollar, abş dolları, amerika
vyaçeslav volodin, dollar, abş dolları, amerika
Volodin dünya ölkələrinə dollardan imtinanı tövsiyə edib
RF Dumasının spikeri xatırladıb ki, ABŞ-ın təminatsız dollar buraxması son 40 ildə rekord inflyasiyaya səbəb olub.
BAKI, 17 mart — Sputnik. Dünya ölkələri qarşıdan gələn qlobal maliyyə böhranından qorunmaq üçün öz iqtisadiyyatlarının de-dollarizasiyasını həyata keçirməlidirlər.
Bunu Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Onun sözlərinə görə, böhranın yaranmasına Amerika hakimiyyətinin iqtisadi sahədə səhvləri səbəb olub.
Volodin qeyd edib ki, ABŞ-ın təminatsız dollar buraxması son 40 ildə rekord inflyasiyaya səbəb olub. Bununla mübarizə məqsədi ilə aparılan əsas faiz artımı kreditlərə xidmət göstərməyi qeyri-mümkün edib ki, bu da 2008-ci ildən bəri ən böyük bank iflasına səbəb olub.
Dövlət Dumasının spikeri ABŞ-da maliyyə problemlərinin artacağını və onların ölkə hüdudlarından kənara yayılacağını proqnozlaşdırıb. Onun fikrincə, böhrandan ən çox zərəri diqqətini yalnız Amerikanın maliyyə sisteminə yönəldənlər və ona uyğun hərəkət edənlər çəkəcək.
"Böhrandan qorunmağın yeganə yolu ölkələrin iqtisadiyyatlarının deadollarizasiyasıdır" - deyə siyasətçi özünün "Telegram" kanalında yazıb.
Daha əvvəl "Goldman Sachs" ABŞ-ın bank sektorundakı vəziyyətin nəticələrinə görə növbəti il ərzində ABŞ-da tənəzzülün başlanacağını 35% ehtimalla proqnozlaşdırmışdı.