https://sputnik.az/20230317/soyqu-abs-pua-sinin-qarsisini-alan-pilotlari-dovlet-mukafatlarina-teqdim-edib-452822252.html
Şoyqu ABŞ PUA-sının qarşısını alan pilotları dövlət mükafatlarına təqdim edib
Şoyqu ABŞ PUA-sının qarşısını alan pilotları dövlət mükafatlarına təqdim edib
Sputnik Azərbaycan
Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Su-27 təyyarəsinin pilotlarını dövlət mükafatları ilə təltif etmək üçün təqdim edib. 17.03.2023, Sputnik Azərbaycan
2023-03-17T14:47+0400
2023-03-17T14:47+0400
2023-03-17T14:47+0400
rusiyanın müdafiə naziri sergey şoyqu
rusiya
pua
sergey şoyqu
https://cdnn1.img.sputnik.az/img/07e6/09/15/446297547_0:0:1255:705_1920x0_80_0_0_b987321200e80839cc21b81cc1595bd8.jpg
BAKI, 17 mart — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-ın MQ-9 Reaper pilotsuz uçan aparatı tərəfindən xüsusi əməliyyat zonasının sərhədlərinin pozulmasının qarşısını alan Su-27 pilotlarını dövlət mükafatlarına təqdim edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ABŞ-ın MQ-9 pilotsuz uçuş aparatının xüsusi hərbi əməliyyat keçirmək məqsədilə yaradılmış hava məkanından müvəqqəti istifadə rejiminin sərhədlərinin pozulmasının qarşısını alan Su-27 təyyarəsinin pilotlarını dövlət mükafatları ilə təltif etmək üçün təqdim edib", - məlumatda deyilir. Həmçinin qeyd olunur ki, bu ərazinin sərhədləri beynəlxalq hava məkanının bütün istifadəçilərinə çatdırılıb və beynəlxalq standartlara uyğun elan edilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, martın 14-də səhər saatlarında transponderləri söndürülmüş ABŞ-ın MQ-9 pilotsuz təyyarəsi Qara dəniz üzərində hava məkanından istifadə üçün müvəqqəti rejim ərazisinin sərhədlərini pozub. Nazirliyin məlumatına görə, PUA Krımda Rusiya sərhədinə doğru irəliləyirdi və pozucunu müəyyən etmək üçün Rusiya qırıcıları havaya qaldırılıb. Müdafiə Nazirliyindən bildirilib ki, kəskin manevr nəticəsində pilotsuz təyyarə hündürlüyü itirərək nəzarətdən çıxıb və suya düşüb. Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, Rusiya qırıcıları MQ-9 ilə təmasda olmayıb, hava-desant silahlarından istifadə etməyib və öz baza aerodromuna sağ-salamat qayıdıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/15/446297547_0:0:1113:835_1920x0_80_0_0_74af6d822f07ad885e6c1597cd790d24.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiyanın müdafiə naziri sergey şoyqu, pua, sergey şoyqu
rusiyanın müdafiə naziri sergey şoyqu, pua, sergey şoyqu
Şoyqu ABŞ PUA-sının qarşısını alan pilotları dövlət mükafatlarına təqdim edib
Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Su-27 təyyarəsinin pilotlarını dövlət mükafatları ilə təltif etmək üçün təqdim edib.
BAKI, 17 mart — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-ın MQ-9 Reaper pilotsuz uçan aparatı tərəfindən xüsusi əməliyyat zonasının sərhədlərinin pozulmasının qarşısını alan Su-27 pilotlarını dövlət mükafatlarına təqdim edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ABŞ-ın MQ-9 pilotsuz uçuş aparatının xüsusi hərbi əməliyyat keçirmək məqsədilə yaradılmış hava məkanından müvəqqəti istifadə rejiminin sərhədlərinin pozulmasının qarşısını alan Su-27 təyyarəsinin pilotlarını dövlət mükafatları ilə təltif etmək üçün təqdim edib", - məlumatda deyilir.
Həmçinin qeyd olunur ki, bu ərazinin sərhədləri beynəlxalq hava məkanının bütün istifadəçilərinə çatdırılıb və beynəlxalq standartlara uyğun elan edilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, martın 14-də səhər saatlarında transponderləri söndürülmüş ABŞ-ın MQ-9 pilotsuz təyyarəsi Qara dəniz üzərində hava məkanından istifadə üçün müvəqqəti rejim ərazisinin sərhədlərini pozub. Nazirliyin məlumatına görə, PUA Krımda Rusiya sərhədinə doğru irəliləyirdi və pozucunu müəyyən etmək üçün Rusiya qırıcıları havaya qaldırılıb.
Müdafiə Nazirliyindən bildirilib ki, kəskin manevr nəticəsində pilotsuz təyyarə hündürlüyü itirərək nəzarətdən çıxıb və suya düşüb. Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, Rusiya qırıcıları MQ-9 ilə təmasda olmayıb, hava-desant silahlarından istifadə etməyib və öz baza aerodromuna sağ-salamat qayıdıblar.