https://sputnik.az/20230317/rusiya-azerbaycan-ve-ran-simal-cenub-demir-yolunu-bu-il-tikib-basa-catdirmaq-isteyir-452844042.html
Rusiya, Azərbaycan və İran Şimal-Cənub dəmir yolunu bu il tikib başa çatdırmaq istəyir
Rusiya, Azərbaycan və İran Şimal-Cənub dəmir yolunu bu il tikib başa çatdırmaq istəyir
Sputnik Azərbaycan
“Rusiya Dəmir Yolları” QSC-nin baş direktorunun müavini hesab edir ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Rəşt-Astara hissəsində sonuncu dəmir yolu... 17.03.2023, Sputnik Azərbaycan
2023-03-17T20:20+0400
2023-03-17T20:20+0400
2023-03-17T20:20+0400
rusiya
rəşt
rəşt-astara dəmir yolu
iran
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/11/448673463_0:0:3073:1728_1920x0_80_0_0_698e9d4bc49bb16196b2302600a19b8b.jpg
BAKI, 17 mart - Sputnik. Rusiya, Azərbaycan və İran "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin quru dəmir yolu marşrutunun tamamlanması üçün zəruri olan sonuncu hissənin tikintisinə dair hökumətlərarası saziş hazırlayır.Bu barədə jurnalistlərə Rusiya Dəmir Yolları QSC-nin baş direktorunun birinci müavini Sergey Pavlov bildirib. "Nəqliyyat Nazirliyi iki hökumətlərarası saziş hazırlayır: İran-Rusiya və üçtərəfli - Azərbaycan, Rusiya və İran", - Pavlov cümə günü MDB ölkələrinin Beynəlxalq İqtisadi Forumu çərçivəsində deyib. O, sənədin bu il imzalanıb-imzalanmayacağı ilə bağlı sualı cavablandırarkən deyib: “Mütləq”.Logistika operatoruOnun sözlərinə görə, saziş Şimal-Cənub dəmir yolu marşrutu üzrə logistik operatorun yaradılmasına imkan verəcək. Pavlov üç ölkənin operatorun təsisçisi olacağı sualına müsbət cavab verib: Rusiya, İran və Azərbaycan. “Əgər razılığa gəlsək, hamımız birlikdə”, - Pavlov deyib. Onun sözlərinə görə, bu şirkətin yaradılması üçün UTLK-ERA-nın (Rusiya, Belarus və Qazaxıstanda dəmir yolu operatoru) təcrübəsindən istifadə edilməsi planlaşdırılır.Rəşt-Astara dəmir yolunun tikintisi“Rusiya Dəmir Yolları” QSC-nin baş direktorunun müavini hesab edir ki, beynəlxalq nəqliyyat dəhlizinin Rəşt-Astara hissəsində sonuncu dəmir yolu hissəsinin tikintisinin müddəti azaldıla bilər.“İran tərəfinin bu gün təqdim etdiyi layihə dördillikdir, lakin biz düşünürük ki, bu müddətlər azaldıla bilər”, - o, deyib. Pavlovun sözlərinə görə, bu hissənin tikintisinin dəqiq nə vaxt başlayacağı hökumətlərarası razılaşmalardan, o cümlədən torpaqların ayrılmasından asılıdır. "Bu, əsas məsələlərdən biridir", - o, deyib. Həmçinin qeyd edib ki, Rəşt-Astara hissəsini iki tərəf - Rusiya və İran inşa edəcək. “Rusiya Dəmir Yolları” QSC-nin rəhbərinin birinci müavini onu da bildirib ki, iki zolaqlı yol çəkiləcək. Söhbət Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) qədər uzunluğu 7,2 min kilometrlik multimodal marşrut olan Şimal-Cənub dəhlizinin bir hissəsi kimi Rəşt-Astara yolundan gedir. Dəhliz Süveyş kanalı vasitəsilə Avropanı, Fars körfəzi ölkələrini və Hind okeanını birləşdirən dəniz yoluna alternativdir. BND-nin üç marşrutu var: Transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), Qərbi və Şərqi (yerüstü). Rəşt-Astara qərb marşrutunun son hissəsidir, dəhlizin bütün uzunluğu boyunca dəmir yolunun tam istismarı zəruridir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/11/448673463_0:0:2731:2048_1920x0_80_0_0_a62e46abd4aeacb6968ff00930bb47f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəşt, rəşt-astara dəmir yolu, iran
rəşt, rəşt-astara dəmir yolu, iran
Rusiya, Azərbaycan və İran Şimal-Cənub dəmir yolunu bu il tikib başa çatdırmaq istəyir
“Rusiya Dəmir Yolları” QSC-nin baş direktorunun müavini hesab edir ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Rəşt-Astara hissəsində sonuncu dəmir yolu hissəsinin tikintisinin müddəti azaldıla bilər.
BAKI, 17 mart - Sputnik. Rusiya, Azərbaycan və İran "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin quru dəmir yolu marşrutunun tamamlanması üçün zəruri olan sonuncu hissənin tikintisinə dair hökumətlərarası saziş hazırlayır.
Bu barədə jurnalistlərə Rusiya Dəmir Yolları QSC-nin baş direktorunun birinci müavini Sergey Pavlov bildirib.
"Nəqliyyat Nazirliyi iki hökumətlərarası saziş hazırlayır: İran-Rusiya və üçtərəfli - Azərbaycan, Rusiya və İran", - Pavlov cümə günü MDB ölkələrinin Beynəlxalq İqtisadi Forumu çərçivəsində deyib.
O, sənədin bu il imzalanıb-imzalanmayacağı ilə bağlı sualı cavablandırarkən deyib: “Mütləq”.
Onun sözlərinə görə, saziş Şimal-Cənub dəmir yolu marşrutu üzrə logistik operatorun yaradılmasına imkan verəcək.
Pavlov üç ölkənin operatorun təsisçisi olacağı sualına müsbət cavab verib: Rusiya, İran və Azərbaycan.
“Əgər razılığa gəlsək, hamımız birlikdə”, - Pavlov deyib.
Onun sözlərinə görə, bu şirkətin yaradılması üçün UTLK-ERA-nın (Rusiya, Belarus və Qazaxıstanda dəmir yolu operatoru) təcrübəsindən istifadə edilməsi planlaşdırılır.
Rəşt-Astara dəmir yolunun tikintisi
“Rusiya Dəmir Yolları” QSC-nin baş direktorunun müavini hesab edir ki, beynəlxalq nəqliyyat dəhlizinin Rəşt-Astara hissəsində sonuncu dəmir yolu hissəsinin tikintisinin müddəti azaldıla bilər.
“İran tərəfinin bu gün təqdim etdiyi layihə dördillikdir, lakin biz düşünürük ki, bu müddətlər azaldıla bilər”, - o, deyib.
Pavlovun sözlərinə görə, bu hissənin tikintisinin dəqiq nə vaxt başlayacağı hökumətlərarası razılaşmalardan, o cümlədən torpaqların ayrılmasından asılıdır.
"Bu, əsas məsələlərdən biridir", - o, deyib. Həmçinin qeyd edib ki, Rəşt-Astara hissəsini iki tərəf - Rusiya və İran inşa edəcək.
“Rusiya Dəmir Yolları” QSC-nin rəhbərinin birinci müavini onu da bildirib ki, iki zolaqlı yol çəkiləcək. Söhbət Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) qədər uzunluğu 7,2 min kilometrlik multimodal marşrut olan Şimal-Cənub dəhlizinin bir hissəsi kimi Rəşt-Astara yolundan gedir.
Dəhliz Süveyş kanalı vasitəsilə Avropanı, Fars körfəzi ölkələrini və Hind okeanını birləşdirən dəniz yoluna alternativdir. BND-nin üç marşrutu var: Transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), Qərbi və Şərqi (yerüstü). Rəşt-Astara qərb marşrutunun son hissəsidir, dəhlizin bütün uzunluğu boyunca dəmir yolunun tam istismarı zəruridir.