Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Putinin dost olmayan ölkələr haqqında sözlərini şərh edib

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Abunə olmaq
Rusiya prezidenti, dost olmayan ölkələrdə Rusiya ilə əməkdaşlıqda maraqlı olan dost firmaların olduğunu düşünməyin məntiqli olduğunu qeyd edib.
BAKI, 17 mart — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin dost olmayan ölkələrlə bağlı açıqlamasını şərh edib.
"Putin deyib ki, dost olmayan ölkələrdə Rusiya ilə əməkdaşlıqda maraqlı olan dost firmaların olduğunu düşünmək məntiqlidir. Prezident daim deyir ki, biz çevik olmalıyıq ki, hərəkətlərimiz maraqlarımıza uyğun olsun. Hər bir konkret hal üçün çevik mövqe seçmək lazımdır", - deyə Peskov bildirib.
Qeyd edək ki, bir gün əvvəl Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSSİ) qurultayında Vladimir Putin "dost olmayan ölkələr" ifadəsini yanlış ifadə adlandırıb. Onun fikrincə, dost olmayan elita və hökmdarlardan danışmaq daha doğrudur. Dövlət başçısı əlavə edib ki, Rusiyanın öz ölkələrinin milli maraqlarını rəhbər tutaraq qərar qəbul edə bilən müstəqil və suveren Avropalı tərəfdaşlara ehtiyacı var.
Xəbər lenti
0