Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Suriyalıların əksəriyyəti Rusiyanın xüsusi əməliyyatda qalib gəlməsini istəyir - Əsəd

© Sputnik / POOL / Mediabanka keçidƏsəd
Əsəd - Sputnik Azərbaycan, 1920, 16.03.2023
Abunə olmaq
Suriya Ərəb Respublikasının Prezidenti Bəşər Əsədin sözlərinə görə, məhz bu müharibə dünyadakı tarazılığı dəyişməyə başlayacaq.
BAKI, 16 mart — Sputnik. Suriya xalqı Rusiyanı Ukraynada xüsusi hərbi əməliyyat keçirməkdə dəstəkləyir. Rusiya Federasiyasının qələbəsindən sonra dünya daha təhlükəsiz və sakitləşəcək.
Bunu Suriya Ərəb Respublikasının Prezidenti Bəşər Əsəd "RİA Novosti"yə müsahibəsində bildirib.
"RİA Novosti" Əsədin Kremldəki danışıqlarından dərhal sonra onunla danışan ilk media orqanı olub.
"Əlbəttə, Suriya xalqı bir sıra səbəblərə görə Rusiyanı böyük həvəslə dəstəkləyir. Bu, bir tərəfdən Rusiya Federasiyası terrorizmlə mübarizədə suriyalıları dəstəklədiyi üçün həmrəylikdir, digər tərəfdən bu müharibəyə daha qlobal baxış var: məhz bu müharibə dünyadakı tarazılığı dəyişməyə başlayacaq, çünki Suriya, İraq və bir çox digər ölkələrdəki əzabların bir hissəsi birqütblü dünyadan qaynaqlanır", - deyə Əsəd bildirib.
Onun sözlərinə görə, suriyalıların əksəriyyəti Rusiyanın xüsusi hərbi əməliyyatda qalib gəlməsini istəyir.
"Rusiya Federasiyası bu müharibədə, əksər suriyalıların arzuladığı kimi qalib gələndə, şübhəsiz ki, yeni - daha təhlükəsiz və dinc bir dünya yaranacaq. Bu müharibənin suriyalıların qavrayışına real təsiri belədir", - deyə Əsəd bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0