Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın tənəzzül edəcəyini deyən Qərb indi isə öz əhalisinə turp təklif edir - Putin

© Sputnik / Павел Бедняков / Mediabanka keçidVladimir Putin, arxiv şəkli
Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.03.2023
Abunə olmaq
RF dövlət başçısı ölkəsinin məhsul səviyyəsinin hələ də Avropa ölkələrindən yüksək olduğunu dilə gətirib.
BAKI, 16 mart - Sputnik. Rusiyada depressiya və istehlak sektorunda tənəzzül proqnozlaşdırılırdı, lakin Qərb indi öz sakinlərinə kahı və pomidor əvəzinə turp təklif edir. Lakin onlar turp üçün də bizə müraciət etməli olacaqlar. Bu sözləri Rusiya prezidenti Vladimir Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında deyib.

“Bir il əvvəl Qərb hakimiyyəti öz şirkətlərinin qollarını bükdü və bir çoxlarını Rusiya bazarını tərk etməyə məcbur etdi, sonra xarici analitiklər bizim üçün depressiya və istehlak sektorunda tənəzzül, mağaza rəflərinin boş qalacağını, malların kütləvi çatışmazlığın və xidmət sektorunun iflasını proqnozlaşdırırdılar. Ancaq həyat başqa cür qərar verdi: Qərb ölkələrinin özləri də boğaza qədər eyni problemlərlə üzləşdilər", - deyə Putin deyib.

Onun sözlərinə görə, iş o yerə çatıb ki, Qərb liderləri öz vətəndaşlarına kahı və pomidor əvəzinə turpa keçməyi təklif edirlər.

“Turp yaxşı məhsuldur, lakin yəqin ki, siz də turp üçün bizə gəlməli olacaqsınız, çünki bizim məhsul səviyyəmiz hələ də Avropadakı qonşularımızı xeyli üstələyir. Düzdür, bu onların günahı deyil, səbəb hava şəraiti, quraqlıq və sairədir, amma buna baxmayaraq, onların öz məhsuldarlığını bizim gübrəsiz artırmaq çətin olacaq”, - deyə Rusiya Prezidenti bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0