Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN Ukrayna ordusunun itkilərinin hesabatını yaydı

© Sputnik / Константин Михальчевский / Mediabanka keçidRusiya hərbçiləri, arxiv şəkli
Rusiya hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.03.2023
Abunə olmaq
Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarəsi "LXR"in Novovodyano kəndi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub.
BAKI, 16 mart — Sputnik. Rusiya Federasiyası Silahlı Qüvvələri xüsusi hərbi əməliyyat keçirməyə davam edir. Kupyansk istiqamətində hücum və ordu aviasiyası, "Qərb" qoşun qruplaşmasının artilleriyası Xarkov rayonunun Qryanikovka, Kotlyarovka, Berestovo, Luqansk Xalq Respublikasının Novoselovsko və Rozovka yaşayış məntəqələri ərazilərində düşmənin canlı qüvvə və texnikasına zərbələr endirib.
50-yə qədər ukraynalı hərbçi, iki maşın, həmçinin ABŞ istehsalı olan M777 artilleriya sistemi məhv edilib.
Krasno-Limansk istiqamətində "Mərkəz" qoşun qrupunun artilleriya atəşi və ağır atəş sistemləri "LXR"in Nevsko, Çervonaya Dibrova, "Donetsk Xalq Respublikası"nın Yampolovka və Qriqorovka yaşayış məntəqələri ərazilərində düşmən bölmələrini vurub.
Bu istiqamətdə bir sutka ərzində 100-dən çox ukraynalı hərbçi, iki piyada döyüş maşını, iki zirehli döyüş maşını, bir "Akasiya" özüyeriyən artilleriya qurğusu və "D-30" haubitsası məhv edilib.
Donetsk istiqamətində "Cənub" qoşun qruplaşmasının bölmələrinin aktiv əməliyyatları zamanı hava zərbələri və artilleriya atəşi zamanı 275-ə qədər Ukrayna hərbçisi, iki tank, iki zirehli döyüş maşını, iki pikap, "Uraqan" RYAS-ın döyüş maşını, bir D20 haubitsası, özüyeriyən "Qvozdika" haubitsası , həmçinin ABŞ istehsalı olan M109 "Paladin" özüyeriyən artilleriya qurğusu məhv edilib.
© Sputnik / Pavel Lisitsyin / Mediabanka keçid"Uraqan" RYAS
Выдвижение на позицию РСЗО Ураган во время тренировки по управлению ракетными ударами и огнем артиллерии на полигоне Чебаркуль Центрального военного округа в Челяби, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.03.2023
"Uraqan" RYAS
Cənub-Donetsk və Zaporojya istiqamətlərində "Vostok" qüvvələri qrupunun operativ-taktiki aviasiyası və artilleriyası "Donetsk Xalq Respublikası"nın Uqledar, Pavlovka, Zaporojye vilayətinin Novodanilovka və Şerbaki yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin bölmələrini kompleks məğlubiyyətə uğradıb.
Bu istiqamətlərdə gün ərzində düşmən 60-a qədər hərbçi, 4 tank, 1 zirehli maşın, D-20 haubitsası, həmçinin ABŞ istehsalı olan 1 ədəd M777 artilleriya sistemini itirib.
Xerson istiqamətində düşmənin atəşə tutulması zamanı gün ərzində 35-dən çox Ukrayna hərbçisi, bir tank, iki "Qrad" RYAS döyüş maşını, həmçinin "D-30" haubitsası məhv edilib.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşun qruplarının (qüvvələrinin) operativ-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriyasının zərbələri ilə gün ərzində 186 ərazidə 93-cü artilleriya birləşmələrinin atəş mövqeləri, canlı qüvvə və texnikası darmadağın edilib.
"Donetsk Xalq Respublikası"nın Kamışevka kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 59-cu motoatıcı briqadasının komanda məntəqəsi vurulub.
© Sputnik / Sergey Pivovarov / Mediabanka keçid "Qrad" RYAS döyüş maşını
Боевая машина БМ-21 реактивной системы залпового огня Град во время учений, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.03.2023
"Qrad" RYAS döyüş maşını
"DXR"in Yasenovo kəndi yaxınlığında Ukraynaya məxsus S-300 zenit-raket kompleksi məhv edilib.
Həmçinin, Konstantinovka qəsəbəsi ərazisində Ukraynaya məxsus "Osa-AKM" zenit-raket kompleksi məhv edilib.
"DXR"in Minkovka kəndi yaxınlığında ABŞ istehsalı olan AN/TPQ-50 əks batareya radarı məhv edilib.
Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarəsi "LXR"in Novovodyano kəndi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub.
Gün ərzində hava hücumundan müdafiə sistemləri səkkiz HIMARS və "Uraqan" reaktiv yaylım atəşi sistemlərini, həmçinin bir HARM antiradar raketini ələ keçirib.
© AFP 2023 / FADEL SENNA"HIMARS" RYAS
Ударные системы HIMARS - Sputnik Azərbaycan, 1920, 16.03.2023
"HIMARS" RYAS
Bundan əlavə, Xarkov vilayətinin İvanovka, "DXR"in Zeleni Qay, Verxnetoretsko, Qriqorovka, "LXR"in Kreminnaya, Malaya Kardaşinka, Aleşki yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus doqquz pilotsuz uçuş aparatı məhv edilib.
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 402 təyyarə, 221 helikopter, 3434 pilotsuz uçuş aparatı, 414 zenit-raket kompleksi, 8316 tank və digər zirehli döyüş texnikası, 1062 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 4372 sahə artilleriya silahları və minaatanları, həmçinin 8959 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0