Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğan Putin və Zelenski arasında danışıqların təşkili üçün səyləri davam etdirəcək

© Sputnik / Александр Демьянчук Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı
 Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı - Sputnik Azərbaycan, 1920, 16.03.2023
Abunə olmaq
Türkiyənin sabiq xarici işlər naziri bildirib ki, atəşkəs razılaşmasına nail olmaq üçün hər iki tərəf danışıqlar masasına oturmalıdır.
BAKI, 16 mart — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin Vladimir Zelenski arasında danışıqların təşkili istiqamətində səyləri davam etdirəcəyinə söz verib. Bu barədə Rusiya mediası xəbər verib.
Onun sözlərinə görə, o, hər iki prezidentlə daim əlaqə saxlayır.
Bu yaxınlarda Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bildirib ki, Ankara Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə görüşünü təşkil etmək cəhdlərində daha fəal olmalıdır.
Çətinin sözlərinə görə, atəşkəs razılaşmasına nail olmaq üçün hər iki tərəf danışıqlar masasına oturmalıdır.
O qeyd edib ki, Ankaranın vasitəçi olmaq üçün hər şansı var, çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm Zelenski, həm də Putinlə əlaqə saxlayır.
ABŞ-ın sabiq Prezidenti Donald Tramp Ukrayna və Rusiyanın silahlı qarşıdurmadan yorulduğunu və "razılaşma" bağlamalı olduğunu söyləyib.
Onun sözlərinə görə, tərəflər arasında dialoq dərhal başlamalıdır. Tramp qeyd edib ki, "ölüm və dağıntılar dərhal başa çatmalıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0