https://sputnik.az/20230316/daha-iki-nefer-ermenilerin-mina-terrorunun-qurbani-oldu--452781360.html
Daha iki nəfər ermənilərin mina terrorunun qurbanı oldu
Daha iki nəfər ermənilərin mina terrorunun qurbanı oldu
Sputnik Azərbaycan
Həlak olanların 1999-cu il təvəllüdlü İsrail İbrahim oğlu Həsənov və 1987-ci il təvəllüdlü Amid Hüseyn oğlu Həsənov olduğu bildirilir. 16.03.2023, Sputnik Azərbaycan
2023-03-16T13:14+0400
2023-03-16T13:14+0400
2023-03-16T13:15+0400
qarabağ
mina
partlayış
ağdam
https://cdnn1.img.sputnik.az/img/42181/69/421816917_0:95:3237:1916_1920x0_80_0_0_a766863d97d2bc601c88308f1cf9cb7f.jpg
BAKI, 16 mart — Sputnik. Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Həlak olanların 1999-cu il təvəllüdlü İsrail İbrahim oğlu Həsənov və 1987-ci il təvəllüdlü Amid Hüseyn oğlu Həsənov olduğu bildirilir. Onlar heyvan otararkən minaya düşüblər. Fakt üzrə rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Xatırladaq ki, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub: "Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma davam etdirilir". ANAMA-nın Mətbuat Xidmətindən bildirilib ki, 9 mart tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib. Məlumata əsasən, mina partlayışı nəticəsində 1989-cu il təvəllüdlü Hadiyev Yaquar Əliheydər oğlu xəsarət alıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42181/69/421816917_508:0:3237:2047_1920x0_80_0_0_9c0f1c2e1cc533d9426988687c8154e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mina, partlayış, ağdam
Daha iki nəfər ermənilərin mina terrorunun qurbanı oldu
13:14 16.03.2023 (Yenilənib: 13:15 16.03.2023) Həlak olanların 1999-cu il təvəllüdlü İsrail İbrahim oğlu Həsənov və 1987-ci il təvəllüdlü Amid Hüseyn oğlu Həsənov olduğu bildirilir.
BAKI, 16 mart — Sputnik. Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər.
Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Həlak olanların 1999-cu il təvəllüdlü İsrail İbrahim oğlu Həsənov və 1987-ci il təvəllüdlü Amid Hüseyn oğlu Həsənov olduğu bildirilir. Onlar heyvan otararkən minaya düşüblər.
Fakt üzrə rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub: "Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma davam etdirilir".
ANAMA-nın Mətbuat Xidmətindən bildirilib ki, 9 mart tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.
Məlumata əsasən, mina partlayışı nəticəsində 1989-cu il təvəllüdlü Hadiyev Yaquar Əliheydər oğlu xəsarət alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.